AzTehsil.com


Xəbərlər
23 oktyabr 2017
3 463


Ən yüksək imicə malik müasir dünya yazıçıları



Amerikanın məşhur "Foreign Policy” jurnalı "2012-ci il üçün dünyanın 100 ən nüfuzlu mütəfəkkiri" siyahısını hazırlayıb. Burada dünyanın tanınmış siyasətçiləri və iqtisadçıları ilə bərabər, ədəbiyyat və sənət adamlarının da adları var.


Beləliklə, sizi həmin yazarlarla tanış edirik. Bu siyahıda yer alan yazıçıların bəzisi  dünya icyimaiyyətinə bəlkə də bi o qədər də tanınmırlar. Amma jurnal onların hansı üstünlüklərinə görə nüfuz sahibi olduğunu da diqqətə çatdırır. Məsələn, çinli Ai Vei vei siyahıda Salman Rüşdini də qabaqlayaraq 31-ci pillədə qərarlaşıb. Bu göstərici yazıçılar arasında birinci yer deməkdi. Dissident yazar olmaqla bərabər, çox istedadlı heykəltaraş  olan Veivei Çin hökumətini tənqid etdiyi üçün çoxlu təqiblərə məruz qalır və həbs edilir. 2011-ci ildə azadlığa buraxılıb.


Britaniya yazıçısı Salman Rüşdi bu siyahıda 33-cü yerdədir. O, fikir azadlığını müdafiə etdiyi üçün bu məqama layiq görülüb. Xatırladaq ki, o, böyük ajiotaja səbəb olan "Şeytan ayələri” romanının müəllifidir. Romanda İslam dinini və onun peyğəmbərini tənqid etdiyi üçün İranın ali dini lideri yazıçının ölümünə fitva vermişdi. İllərlə gizlənməli olan yazıçı sonda Britaniya hökumətindən sığınacaq ala bilib. Lakin o, hazırda da İslam dininin radikal liderlərini tənqid etməklə məşğuldu. 


Amerikalı publisist Çarl Murrey siyahıda 43-cü yeri tutur.  O, kitablarında bildirir ki, Amerika cəmiyyəti getdikcə daxildən daha çox parçalanır. Bu da varlı və kasıblar arasında uçurumun dərinləşməsi ilə bağlıdır. Kasıb ailələrin təhsil səviyyəsi enməkdə, kasıblar yaşayan məhəllələrdə cinayətlər artmaqda, nigah sayı azalmaqdadır. Varlılar arasında isə nikah göstəricisi və hər iki bioloji valideyni ilə yaşayanların sayı yüksəkdir. Varlıların həyat tərzi də getdikcə kasıblardan daha çox fərqlənir, onların məşğul olduqları idman növləri, seçdikləri əyləncələr kasıblar üçün daha çox əlçatmaz olur.


Hamının sevimlisi və milyonların oxuduğu, ölkəmizdə də böyük rəğbət qazanan yapon yazıçısı Haruki Murakami isə siyahının 49-cu pilləsindədir. O, bu şərəfə "qloballaşan dünya üçün hüdudsuz fantaziyalarına görə" layiq görülüb.


Onun əsərlərindəki hadisələr zahirən Yaponiyada baş verir, az qala hamı Kafka oxuyur, caza qulaq asır, ingiliscə sərbəst danışır. Amma bu, əslində qloballaşmış dünyanın obrazıdır. Təsadüfi deyil ki, Murakaminin əsərləri milyonlarla tiraja malikdir, özü də həm yapona maraqlıdır, həm də xaricdəki oxuculara. O, həm də ictimai-siyasi məsələlərə münasibət bildirməkdən çəkinmir.


Amerikalı yazıçı-publisist Robert Kaqan 50-ci pillədə qərarlaşıb. Son prezident seçkilərində demokratların namizədi Obama ilə respublikaçıların namizədi Romney az qala bütün məsələlərdə fərqli mövqe nümayiş etdirirdi. Amma bir məsələdə onların mövqeyi üst-üstə düşürdü və onlar eyni kitabın təsiri altında çıxışlar edirdilər.


Brookings İnstitutunun eksperti Robert Kagan bu il çapdan çıxmış "The World America Made” (Amerikanın düzən verdiyi Dünya) kitabında bildirir ki, ABŞ-ın dünyadakı mövqelərini getdikcə itirməsi haqda fikirlər mifdir. O, siyasətçiləri Amerikanın dünyadakı rolu ilə bağlı daha iddialı olmağa çağırır. Müəllif hesab edir ki, Amerikanın indiki qlobal hegemonluğu onun hərbi və iqtisadi qüdrətinə əsaslanır. Və Amerikanın bu gücünü qorumaq həm də dünyada sülh və təhlükəsizliyin qorunması deməkdir.




Загрузка...
Həmçinin oxuyun:
Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyanın ən ağıllı insanları bu ölkələrdə yaşayır- SİYAHI

Dünyanın ən ağıllı insanları bu ölkələrdə yaşayır- SİYAHI

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Sahibini razı salan ƏN YAXŞI SMARTFONLAR

Sahibini razı salan ƏN YAXŞI SMARTFONLAR

Dünyanın ən güclü riyaziyyatçıları bu ölkələrdə yetişir- Azərbaycan neçənci sırada?

Dünyanın ən güclü riyaziyyatçıları bu ölkələrdə yetişir- Azərbaycan neçənci sırada?

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Hansı universitetlərimiz dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısındadır?

Hansı universitetlərimiz dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısındadır?

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Facebook işləmədi- Nə baş verir?

Facebook işləmədi- Nə baş verir?

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

Son 50 ilin ən yaxşı üç romanı-  SORĞU

Son 50 ilin ən yaxşı üç romanı- SORĞU

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib