Bakıda “Etno-art” əl işləri festivalı
Oktyabrın 20-də "Kapellhaus” Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində səkkizinci "Etno-art” əl işləri festivalının açılışı olub.
Məlumata görə,festivalda 60-a yaxın sənətkarın Azərbaycan və dünya xalqlarının etnik mədəniyyətinə aid ornamentlərlə bəzədilmiş əl işləri nümayiş olunur, həmçinin onların satışı həyata keçirilir.
Festival çərçivəsində ziyarətçilər onları maraqlandıran yaradıcılıq dərnəklərinə üzv ola, keramika və ebru sənəti üzrə ustad dərslərinə qatıla bilərlər.
Qeyd edək ki, festival oktyabrın 22-dək davam edəcək.