Mütəxəssis: “Hakerlər Wi-Fi ilə istənilən cihazı sındıra biləcəklər”
Belçikalı araşdırmaçı Meyti Vanhof bildirib ki, Wi-Fi-nin köməyi ilə istənilən cihaza hücum etmək mümkündür.
Aztəhsil.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, simsiz birləşmədə istifadə olunan WPA2 təhlükəsizlik protokolunda nasazlıq mövcuddur.
Meyti Vanhof bildirib ki, hakerlər Wi-Fi vasitəsilə istənilən cihazı sındıra bilərlər. Bu yolla kibercinayətkarlar şifrələrə, məlumatlara, elektron poçta, şəkillərə və kart nömrələrinə də daxil ola bilərlər. Hətta kibercinayətkarlar istənilən müdafiə olunan Wi-Fi şəbəkəsini sındıracaq durumdadırlar.
Bu zəiflik "Android”, "Linux”, "Apple”, "Windows”, "OpenBSD”, "MediaTek”, "Linksys” və digər əməliyyat sistemlərində mövcuddur. Mütəxəssis bildirib ki, hətta Wi-Fi şifrəsinin dəyişdirilməsi belə istifadəçiləri hakerlərdən xilas edə bilməyəcək.