Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu
Cəlilabadın Alar kəndində kuryoz hadisə baş verib.
Burada Lətif Süleymanov adlı şəxs məktəbə qeyri-qanuni rəhbərlik edir.
Aztəhsil.com ölkə.az-a istinadən xəbər verir ki, bu barədə kənd sakinləri məlumat verib.
Məlumata görə, L.Süleymanov 4 il əvvəl Alar kənd 2 saylı orta məktəbə direktor müavini təyin olunub. Həmin vaxta qədər isə o, heç vaxt bu və ya digər məktəbdə müəllim işləməyib:
"Lətif Süleymanovun adı 2 saylı məktəbdə Fars dili müəllimi kimi getsə də, şagirdlər onun üzünü heç vaxt görməmişdi”.
Sonradan L.Süleymanov müqavilə ilə məktəbə direktorluq edib. Bu il isə o, ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, lakin birinci mərhələdə kəsilib.
Digər tərəfdən, L.Süleymanovla məktəb direktoru kimi bağlanmış müqavilə bu ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.