"3 səhifəlik bəyanatı Yaqub Mahmudov özü yazıb" – TƏHSİL NAZİRLİYİNİN YALANI ÜZƏ ÇIXDI
"Təhsil Nazirliyi orta məktəblər üçün tarix dərsliklərinin hazırlanmasını uşaq-muşaqlara tapşırıb”.
Aztəhsil.com xəbər verir ki, bu sözləri unikal.org-a Tarix üzrə elmlər doktoru, professor, Tarix Problemləri üzrə Elmi Şurasının üzvü Şahin Fərzəliyev "Всеобщая история” ("Ümumi tarix”) dərsliyində "Böyük Ermənistan” xəritəssinin çapına münasibət bildirərkən deyib.
Onun fikrincə, tarix dərsliklərinin hazırlanmasını bu sahənin mütəxəssislərə, işgüzar adamlara tapşırmaq lazımdır:
"Orta məktəb tarixi yazanlar lori dillə desək, uşaq-muşaqdılar. Azərbaycanda böyük Tarix İnstitu, Tarix muzeyi var. Bunların mütəxəssisləri qalıb kənarda, tarix dərsliklərinin hazırlanması qonorar, pul qazanmaq xatirinə başqalarına tapşırılır. Onlar da ağızlarına gələni döşüyürlər. Olmaz belə bir şey. Ermənilərə ayaq yeri vermək olmaz. Kitabda "Böyük Ermənistan” xəritəsini çap ediblər. Nəyə görə? Bunlar ermənilərin xülyasıdır və bunu rəsmiləşdirib ictimaiyyətə yeritmək istəyirlər.
Axı, Azərbaycan Tarixi İnstitu var! Bu elmi ocağın çox görkəmli mütəxxəsisləri var. Bu işi onlar görməlidir. Amma əksinə, yerindən duran gedib Təhsil Nazirliyindən və ya hardansa müəyyən sərəncam alıb kitab yazır. Mən utanıram məktəblərdə tarix dərslikləri yazanların yerinə. Onların heç birini tanımıram və tanımaq da istəmirəm”.
Qeyd edək ki, Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdiri Elvin Rüstəmov "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib", - fikrini səsləndirib.
Şahin Fərzəliyev deyib ki, 3 səhifəlik bəyanatı AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov hazırlayıb:
"AMEA A.Bakıxanov adına Tarix İnstitutu bu barədə öz etirazın bildirib. Yaqub Mahmudovun başçılığı ilə, bu məsələ ilə bağlı Elimi Şuranın iclası keçirildi. Yaqub müəllim 3 səhifəlik bəyanat yazdı. Əlbəttə ki, bu kitabı ərsəyə gətirənlərin əleyhinə. Mən elimi şuranın üzvü kimi əlavə nəsə yazmağım düzgün deyildi və bəyanata dəstək verdim. Yaqub müəllim çox əsəbləşmişdi. O, öz tənqidi fikirlərini bildirdi və Elimi Şuranın üzvləri də Yaqub müəllimi müdafiə etdi. Bəyanat qəbul olundu və sonda yayımladıq”.