"İnandırıcı görünmür ki, Rusiya kəşfiyyatı belə bir savadsıza maya qoysun"
"Tanrı dövlətimizi və millətimizi "milli" ermənilərdən qorusun".
Aztəhsil.com Moderator.az xəbər verir ki, politoloq Cümşüd Nuriyev "Böyük Ermənistan" xəritəsi qalmaqalının sədasının Türkiyə mediasına ayaq açmasına özünəməxsus şəkildə münasibət bildirib.
Xatırladaq ki, qardaş ölkə mediası həmin xəritənin Rusiyanın sifarişi ilə tarix kitablarına salındığını iddia edib:
"Türkiyənin "Sözçü" qəzeti Azərbaycanda X sinif tarix dərsliyində çap olunan xəritənin Rusiyanın sifarişi ilə olduğunu qeyd edib. Əslində bu fikir bir qədər müəmmalıdır. Birincisi, müəllif Kamran Əsədov etiraf edir ki, rus dilini bilmir. İkincisi, bu adam fırıldaqçılıq üstündə cinayət məsuliyyətinə cəlb olunduğu üçün, nəfsinin əsiri olan birisidir.
Deməli, müsəlman ermənilərin sifarişi variantı daha ağlabatandır. Üçüncüsü, inandırıcı görünmür ki, Rusiya kəşfiyyatı belə bir savadsıza maya qoysun. Onların kartotekasında Azərbaycanı istənilən vaxt satmağa hazır olan keçmiş kommunistlər və onların davmçıları kifayət qədərdir. Dördüncüsü, orta məktəb dərsliklərinin çoxunda kifayət qədər səhvlər və xətalar var. Cəzasızlıq mühiti və korrupsiya təhsili məhv edir. Bunu ki, Rusiya etmir. Bizdə vəzifəsinə şəxsi biznesi kimi baxan kürsü sahibləri nə qədər vəzifədədir, daha dəhşətli hadisələri qarşılamağa hazır olmalıyıq. Tanrı dövlətimizi və millətimizi "milli" ermənilərdən qorusun".