Məktəbdəki bıçaqlanma ilə bağlı AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 151 nömrəli tam orta məktəbdə baş verən insdentlə bağlı açıqlama verib.
Məlumata görə, 151 nömrəli məktəbdən verilən məlumatda qeyd edilir ki, məktəbin 8-ci sinif şagirdləri Əliyev Fərid və Bədirov Əli arasında olan insident məktəbdən kənarda olub.
Aztəhsil.com xezerxeber.az-a istinadən bildirir ki, hadisə 09.10.2017-ci il tarixdə axşam saat 19:00 radələrində Nərimanov rayonunda idman məşqindən qayıdarkən onların aralarında yaranmış mübahisə zəminində baş verib:
"Ətrafda olan şəxslərin köməyi ilə xəsarət alan uşaq xəstəxanaya aparılıb, ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, uşağın aldığı xəsarət ciddi deyil. Qeyd olunan şagirdlər məktəbdaxili nizam-intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirdlərdir".