Ziya Məmmədovun bacısının işdən çıxdığı rəsmən TƏSDİQLƏNDİ
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın "Tərəqqi” liseyinin direktoru vəzifəsindən çıxarıldığı rəsmən təsdiqlənib.
Təhsil Nazirliyindən bildirilib ki, Məhbubə Məmmədova öz ərizəsilə işdən azad olunub.
Qeyd edək ki, ötən həftə nazirlik rəsmiləri "Tərəqqi” liseyinində araşdırma aparmışdılar.
Məlumata görə, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi əməkdaşları M.Məmmədovanın fəaliyyətində ciddi qüsurlar aşkarladığından direktor ərizə yazmalı olub.