AzTehsil.com


Xəbərlər / Cəmiyyət
13 sentyabr 2017
4 941


ANALOQU OLMAYAN AZƏRBAYCAN TƏHSİLİ



 

Mikayıl Cababrov Təhsil Naziri təyin olunandan sonra ölkətəhsilində bir sıra islahatlar həyata keçirilmişdir. İslahat dedikdə hər hansı bir dəyişikliyi nəzərdə tutmaq olar. İlk öncəTəhsil Nazirliyin strukturunda bir-sıra dəyişikliklər edilmişdir.
Bu dəyişikliklər təlim-tərbiyə məsələlərini deyil əsasən normativ hüququ sənədlərin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirmə mexanizlərinin yaradılması adı altında olan dəyişikliklərdir. Təhsil Nazirliyinin yuxarı eşalonunda hazırda demək olar ki, bir nəfər belə profesional təhsil işçisi və pedaqoq qalmamış, əsasən hüquqşünaslardan vəiqtisadçılardan ibarət bir qrup mövcuddur. Yəni hazırda ölkənin təhsil siyasətini nəinki pedaqoji hətta digər sahələrdə magistr dərəcəsindən yuxarı elmi dərəcəsi olmayan, təhsilin təşkili və həttta idarəetməsi sahəsində təhsili və elmi dərəcəsi olmayn, lakin intellektual olan bir-neçə şəxs müəyyənləşdirir.

Yeni nazirinin vəzifəyə gəlməsi ilə bir sıra qəribə və inzibatixarakter daşıyan sənədlərin qəbul olunması ilə yadda qaldı. Bunlardan biri "Müəllimlərin etik davranış qaydalrı” adlı sənəd hesab oluna bilər. Bu sənədə görə vəzifəyə ilk dəfə  təyin olunan müəllimin hərbçi kimi xüsusi mətni olan and içməlidir.

Bu andın müəllimin fəaliyyətində nəyi dəyişəcəyi və təhsilimizə nə verəcəyi barədə heç bir məlumata da rast gəlinməsə də müəllimlərin nazirliyin qaydalarına qeydsiz-şərtsiz əməl etməsinə hesablanması şübhəsizdir. Bu sənəddə "loyallıq” adlı tələb müəllimin üzərinə qoyuldu. Yəni müəllim işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu prisnsipdən belə çıxır ki əgər  dövlətin müəssisələrində müəllim vəzifəsində çalışırsansa məktəb rəhbərləri və təhsil idarəetmə orqanalrı da daxil olmaqla heç bir dövlət müəssisəsinin rəhbərini nəinkiadi tənqid edə hətta onların fəaliyyətinə ictimai qiymət beləverə bilməzsən. Yəni mən yazdığım bu məqalə ilə müəllimlərin etik davranış qaydalarını pozuram.

Çünkiməndən yuxarı vəzifədə işləyən təhsil nazirinin fəaliyyətinə ictimai qiymət verirəm. Hətta qədim dövrlərdə belə rəhbərin fəaliyyətinə yalnız siaysi qiymət diskiriminasiyaya səbəb olurdu və ictimai qiymət heç vaxt məhdudlaşdırılmırdı. Beləliklə bu yazıma görə müəllimlərin etik qaydalrını pozduğuma görə mənə son xəbərdarlıq edilməklə şiddətli töhmət verilə bilər.

Altı ay ərzində bu məqalədən birini də yazsam mənim əmək müqaviləmə xitam verilə bilər. Bu cür normativ hüquqi sənəd dünyanın heç bir avtoritar ölkəsində belə mövcud deyil. Yəni bu sənədə görə belə çıxır ki müəllimlər nəinki müxalif siyasi partiyaların üzvü heç müxalif fikirlər irəli sürə bilməzlər. Hətta təhsillə bağlı yuxarı idarəetmə orqanlarını deyil heç məktəbin direktor müavinini belə tənqid edə bilməzlər.

Təhsil Nazirinin digər belə əmri "Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması” barsindədir. Bu əmrə deyilir ki, Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız Nazirliyin  İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilsin. Yəni bunun mənası budur ki heç bir məktəb rəhbərliyi və müəllimi məktəb barədə heç bir KİV vasitəsinə nazirliyin icazəsi olmadan məlumat verə bilməz. Yəni hansısa jurnalist ucqar bir dağ kənd məktəbindən məlumat almaq istəyirsə məktəb rəhbəri və müəllim Təhsil Nazirliyinin İnformasiya şöbəsinin KİV-lə iş sektorundan icazə almalıdır. Məktəblərin çoxunun stabil telfonunun olmamasını, varsa belə rayonlararası çıxışın bağlı olmasını nəzərə alıb belə bir icazənin naizrlikdən alınması mümkünsüzdür. Əmrdə bu icazənin yazılı yoxsa şifahi alınması barədə də heç bir məlumat yoxdur. Bakı Şəhər Təhsil İdraəsi əmrdə göstərilməsə də belə bir icazə verməyə səlahiyyətli orqan kimi özünü görür. Rayonlarda isə məktəb rəhbərləri gah Rayon Təhsil Şöbəsindən gah da İcra Hakimiyyətindən icazə alınmasının zəruriliyini bildirirlər. İcazə almalı orqanın təhsil müəssisəsi olması əmrdə açıq-aydın göstərilsə belə məktəblər belə bir icazənin jurnalistin özü tərəfindən alınmasını zəruri hesab edirlər. Əmrdən açıq-aydın görünür ki məktəbin idarə edilməsi dövlət-ictimai xarakter daşısa da, hətta müəllimlərin məktəbin fəaliyyəti barədə müsbət bir məlumatın KİV vasitəsinə ötürməsi qadağandır.Belə çıxa bilər ki sosial şəbəkələrdə məktəb barədə nazirlikdən icazəsiz yerləşdirilən məlumatlar qanun pozuntusudur.

 

"Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydları” adlı sənəd isə ziddiyyətlərlə daha zəngindir. Bu qaydalara görə əvvəllər məktəb direktoru kimi fəaliyyətinə görə işdən azad olunan müsabiqədə iştirak edə bilməz. Bu qayda hər hansı səhvə yol verib işdən azad olunan təcrübəsiz bir məktəb rəhbərinin uzun illər sonra öz bilik və bacarıqlarını təhsil yolu ilə daha da təkmilləşdirərək profesional bir kadr kimi yetişmək hüququnu əlindən alır.  Təcrübəli və peşəkar bir işçi belə işində nöqsan buraxa və bu səbəbə görə işdən azad oluna bilər. Daha sonra qaydalara görə müsabiqədə iştirak etmək üçün Rayon Təhsil Şöbəsinin razılığı tələb olunur. Bu əmək məcəlləsinə və məntiqə ziddir. Müsabiqənin test mərhələsində iştirak etmək üçün icazənin alınması açıq-aydın bu müsabiqənin qeyri-obyektiv keçirilməsinə və bu icazənin alınması üçün hansısa yollara əl atılmasına xidmət edir.

Təhsil Naziri yeni təyin olunan məktəb direktorları ilə görüş zamanı açıq-aydın qeyd etdi ki onların təyin olunması zamanı yerli İcra Hakimiyyətlərindən onlar barədə məlumatlar alınıb. Lakin əmək məcəlləsinə görə işçidən xəbərsiz onun barəsində məlumatalar digərlərinə ötürülə bilməz. Müsabiqənin müsahibə mərhələsindən kəsilən və yüksək bal toplayan namziədlər Təhsil Nazirliyini məhkəmə yolu ilə belə özləri haqqında mənfi rəylərin mətni ilə tanış olmağa məcbur edə bilmədilər.

Qaydalara görə məktəb direktorlarının yerdəyişməsi üçün yerli Təhsil Şöbələri ilə yanaşı yeni yaradılan Ərazi Regional Hesablama Mərkəzlərinin razılığı da şərtdir. Çox maraqlıdır, direktorun fəaliyyətini niyə təhsilə xidmət edən  mühasibat qiymət verməlidir? Rəhbər pedaqoji iççiyə təhsil idarəetmə orqanının münasibəti niyə nazirlik üçün keçərli deyil və onlara məktəb direktorunun mühasibatlıqla bağlı münasibətləri daha önəmlidir? Nazir müsahibələrinin birində qeyd etdi ki, yeni qayda ilə təyin etdikləri məktəb direktorlarının sayı çoxaldıqca məktəblərə müstəqil müəllimqəbul etmək səlahiyyəti qaytarıla bilər. Bu fikirdən belə çıxır ki, nazir yalnız öz dövründə təyin etdiyi məktəb direktorlarına etibar edir və əvvəlki illərdə təyin olunanları qeyri legitim hesab edir. Təsadüfü deyil ki Bakı şəhərində direktorların seçilməsi müsabiqəsi və şərtləri regionlardan fərqlidir.

Bakı şəhərində yeni təyin olunan məktəb direktorlarına "həvəsləndirmə” adı altında əlavə məbləğlər onların maaş kartına otuzdurulmaqla ödənilir. Bu açıq aydın ölkə təhsilinin paytaxt və region təhsilinə bölünməsi və nazirin şəxsi sosial baza yığmasına xidmət edir.

Region məktəblərindən fərqli olaraq paytaxt məktəblərinə məktəbin cari aylıq xərcləri üçün məktəb direktorlarına əlavə vəsaitlər də onalara verilmiş xüsusi plastik kartın hesabına otuzdurulmaqla verilir ki, onlar qanunsuz yolllarla məktəbin bəzi problemlərini həll etməsinlər. Bu xüsusi qaydaya isə ad tapmaq mümkün deyil. Bu açıq-aydın onsuz da problem içində olan  region təhsilini daha da pis vəziyyətə salmağa hesablanıb. Eyni ölkədə məktəbə və məktəb rəhbərinə fərqli imkan və maliyyə ayırmaq dünyanın heç bir ölkəsində mövcud deyil. Bu yeni qaydalar təsadüfən qəbul olunmadı. Səbəb əvvəlki ildə məktəb direktorlarının təyini üçün müsabiqədə yüksək nəticə göstərən heç bir nazmizədə yerli təhsil idarəetmə orqanlarının etimad göstərməməsi oldu.

Təhsil Nazirliyinin "Müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalrı”nda da ölkənin "əmək məcəlləsi” ilə ziddyyət təşkil edən bir sıra məqamlar var. Təsadüfü deyil ki yerli Təhsil Şöbələri tərəfindən bu qaydalara uyğun işdən azad olunan bir-çox müəllimlər məhkəmələr vasitəsi ilə təkrar işə bərpa ediliblər. Çünki bu qaydalar məktəb rəhbərləri tərəfindən müsabiqə qaydalarına uyğun olmayan formada müddətsiz müqavilə ilə işə qəbul edilən və ya yerdəyişməsi aparılan müəllimlərin hüququ vəziyyətinə aydınlıq gətirmir. Yəni bu qaydalar məktəb rəhbərləri və yerli təhsil idarəetmə orqanalrının özbaşınalığı nəticəsində qanunsuzluqla işə qəbul edilən və yerdəyişməsi aparılan müəllimlərin hüquqlarını tanımır. Bu da birbaşa əmək qanunvericiliyinin tələblərini pozur.

Dünyanın bütün sivil ölkələrində hər hansı nazirliyin bu kimi daxili normativ hüquqi sənədləri ən azı ölkənin Ədliyyə Nazirliyinin razılığı olmadan qəbul etməsi halı mövcud deyil.Yəni nazirin sədcə imzaladığı bir əmrlə istədiyi kimi işçilərinin bu kimi ciddi konstitusiyon hüquqlarının məhdudlaşdırması absurd bir haldır.

Təhsil ictimaiyyəti ölkənin əmək məcəlləsinin, informasiya azadlığı, KİV  haqqında və sair qanunvericilik aktlarının bu kimi ciddi pozulma hallarının aradan qaldırılması üçün Ədliyyə Nazirliyi  qarşısında məsələ qaldırmalıdır. Ədliyyə Nazirliyi Təhsil Nazirliyinin qəbul etdiyi sənədləri ciddi eksperizadan keçirtməli, konstitusiya və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil edən müddəalar müəyyənləşdirilməli və lazım gəlsə konstitusiya məhkəməsi vasitəsi ilə bu üzdəniraq qayda və əmrlər ləğv olunmalıdır.



Загрузка...
Həmçinin oxuyun:
"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Əmək intizamını pozmağa görə məsuliyyət

Əmək intizamını pozmağa görə məsuliyyət

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb

Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Nazirliyin favorit onluğu: onlara niyə xüsusi imtiyaz verilib?

Nazirliyin favorit onluğu: onlara niyə xüsusi imtiyaz verilib?

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205