AzTehsil.com
RU


Xəbərlər
08 sentyabr 2017
4 215


Ucarda iki məktəbli qızı maşına mindirdilər və...



Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

 

Ucar rayonunda yetkinlik yaşına çatmayan qızı qıçırmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Salman Muradov, 1998-ci il təvəllüdlü Xəyal Fərmanov və 2001-ci il təvəllüdlü Şəhriyar Fərmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. AzTehsil.Com publika.az-a istinadən xəbər verir ki, Ucar rayonunun Bərgüşad kəndində yaşayan Salman Muradov həmkəndlisi Nazpərini sevib. O, qıza elçi göndərsə də, qızı ona verməyiblər.

 

Qız qaçırma, pul və hörmət

Bu səbəbdən Salman Nazpərini evlənmək məqsədilə qaçırmaq qərarına gəlib. 2016-cı ilin iyulun 1-də Salman Nazpərini zorla qaçırmaq barədə həmkəndliləri Xəyal və Şəhriyarla razılığa gəlib. Həmin gün görüşüblər.


Salman onlara vəd edib ki, pul verəcək, başqa "hörmət” də edəcək. Beləliklə üçlük Nazpərini oğurlamaq barədə qabaqcadan əlbir olublar.

 

Məktəblinin qaçırılma planı

Avqustun 14-də, saat 09 radələrində Bərgüşad kəndində Nazpəri sinif yoldaşı Günayla birlikdə məktəbə yollanıb. Yolda qızların qarşısına sinif yoldaşları olan Xəyal çıxıb.


Dəstə üzvlərinin arasındakı razılığa əsasən, Xəyal qızlara qoşularaq eyni istiqamətdə gedib. Məktəbin 9-cu sinfində oxuyan Şəhriyar isə qarşıda Salman Muradova məxsus "VAZ 21154” markalı avtomaşınla dayanıb.

 

Zorakılıq

Salmanın özü isə yaxınlıqdakı sahibsiz həyətdə dayanaraq Nazpərinin avtomaşına yaxınlaşmasını gözləyib. Onlar avtomaşına yaxınlaşdıqda Şəhriyar və Xəyal guya məktəbə getdiklərini deyiblər və aldatmaqla Nazpərini Günay ilə birlikdə avtomaşına mindiriblər.


Daha sonra Şəhriyar avtomaşını sürərək Salmanın yanında saxlayıb. O, avtomaşına minərək Nazpəriyə fiziki zorakılıq tətbiq edib, ona xəsarətlər yetirib.

 

Məktəbli qızın qaçırılması

Salman müqavimət göstərən Nazpərini zorla maşında saxlayıb. Bu vaxt Günay avtomaşından düşüb. O, maşının qarşısını kəsib və hərəkətinə mane olmaq istəyib.


Maşından düşən Xəyal onu kənara itələyib və Salmandan on manat alaraq hadisə yerində qalıb.


Salmanla Şəhriyar isə Nazpərini Bakıya aparmaq üçün magistral yola çıxıblar və üzü paytaxta tərəf hərəkət ediblər.

 

Qız qaçıranların həbs edilməsi

Həmin gün saat 11 radələrində Hacıqabul rayonu ərazisində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən avtomobil saxlanılıb və avtomobildə olanlar Ucar rayon polis şöbəsinə gətiriliblər.


Nazpəri ailəsinə qaytarılıb, üçlük təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

 

İki maddəli cinayət işi

S.Muradov Cinayət Məcəlləsinin 29, 144.3-cü (adam oğurluğuna cəhd, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 170.3-cü (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə ittiham edilib. Digər iki təqsirləndirilən isə Cinayət Məcəlləsinin 29, 144.3-cü maddəsi ilə təqsirli biliniblər.

 

Cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Muradov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər iki təqsirləndirilən X.Fərmanov və Ş.Fərmanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Hər iki təqsirləndirilən şəxsin barəsində 4 il müddətinə sınaq olmaqla şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.


Hökmdən narazı qalan S.Muradov apelyasiya şikayəti verib. O, barəsində çıxarılan hökmün dəyişdirilməsini və cəzasını həbs olmayan cəza növü ilə əvəz edilməsini xahiş edib.


S.Muradovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.

 

Qərara görə, Salmanın apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasını 5 il 6 aya qədər endirib.

 

Hökmdən narazı qalan S.Muradov apelyasiya şikayəti verib




Загрузка...
Həmçinin oxuyun:
6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü əvvəl də eyni cinayətlə həbs olunub

Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü əvvəl də eyni cinayətlə həbs olunub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq

Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

Zorlanan məktəbli ilə bağlı prokurorluqdan - Rəsmi açıqlama

Zorlanan məktəbli ilə bağlı prokurorluqdan - Rəsmi açıqlama

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

25 yaşlı qız yoxa çıxdı - Müəllim olmaq üçün Bakıya gəlibmiş

25 yaşlı qız yoxa çıxdı - Müəllim olmaq üçün Bakıya gəlibmiş

Astarada 24 yaşlı gənci bıçaqlayan məktəbli saxlanılıb - YENİLƏNİB-1

Astarada 24 yaşlı gənci bıçaqlayan məktəbli saxlanılıb - YENİLƏNİB-1

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

"Son zəng" hadisəsiz ötüşmədi...

"Son zəng" hadisəsiz ötüşmədi...

Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”

Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”