Region məktəblərinə DƏRS BÖLGÜSÜ ilə bağlı qeyri-rəsmi TƏLİMAT göndərilib ?
Bütün çağırışlarımıza rəğmən, TN əməkdaşlarının yerlərə göndərdiyi təlimatların qeyri rəsmi xarakter daşıması ,həmin təlimatların qeyri- qanuni olduğunu sübut edir....Region məktəblərinin təhsilidarəediciləri yaranmış vəziyyətlə bağlı bizə ünvanladıqları müraciətlərdən birini sizə təqdim edirik.
"Müəllim məktəbimizə bu gün yeni təlimat gəlibki DQ( ümumi bal) balına gorə aşagidakı kimi bölgü olsun
0-10 bal- dərs verilmir
10-20 bal 6 saat
20-40 bal 12 saat
40-50 bal 18 saat
50-60 bal 18+
Qalmışıq mat-mətəl.Mühasibatlıqdan Whatsaapla gondəriblər.
Deyiblər ki ,XXXXX Regional Təhsil İdarəsindən göndəriblər məktəblərdə. Dərs saatı üçün artıq saç yoldu, dava gedir.
Nifrət eləyirəm müəllim olduğum üçün neçə yerə iş üçün baş vurmuşam müsbət cavab verən yoxdu.Bərbad hala salıblar müəllimlərin nufuzunu. Bir şeyi deyim ki, imtahan zamanı tam şahidi oldum ki 90 dəqiqə vaxt kifayət eləmir dəqiq və texniki fənlərə.
Onu da deyim ki ,XXXXXXX olimpiya kompleksində imtahan verəndə nəzarətçilər öz adamlarını arxada oturdum nəsə paylayıb komək edirdilər. Nəzarətçi qıza bu barədə deyəndə dedi ki ,səs salıb mane olursan, imtahandan kənarlaşdıra bilərik mən də dərinə gedə bilmədim."
Aztehsil.com