Xəbərlər / Digər Xəbərlər
27 avqust 2017
8 606


TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

 

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA:

1. Gözləmə ki, uşağın sənin kimi, və ya sənin istədiyin kimi olsun. Ona sənin kimi yox özü kimi olmağı öyrət. 
2. Uşaqdan onun üçün elədiklərinin əvəzini ödəməsini tələb etmə. Sən ona həyat vermisən, o bunun hesabını necə ödəyə bilər? O, da başqasına həyat verəcək, başqası da digərinə və bu qayıtmayan minnətdarlıq qanunudur. 
3. Acığını uşağın üzərinə tökmə ki, qocalanda da "acı çörək” yeməyəsən. Nə əkərsən onu da biçərsən. 
4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə çəkə biləcəyi yükü verir, İnan ki, ona öz problemləri sizinkilərdən daha ağırdır, çünki o, Sizə nisbətən qat-qat təcrübəsizdir. 
5. Uşağı alçaltma! 
6. Unutma insanın ən vacib görüşü – onun uşaqlarla olan görüşüdür. Onlara daha çox diqqət yetir, biz heç vaxt uşağın timsalında kimin yetişdiyini bilə bilmərik. 
7. Əgər uşağın üçün heç nə edə bilmirsənsə, özünə əzab vermə. Əzabı o zaman ver ki, bacarırsan, amma etmirsən. Unutma, əgər uşaq üçün bacardığın hər şeyi etməmisənsə, deməli onun üçün kifayət qədər etməmisən. 
8. Uşaq sənin təkcə həyatına hakim kəsilən, ətdən və qandan ibarət olan birisi deyil. Onu qorumağın və yaradıcılıq alovunu inkişaf etdirməyin üçün həyatın sənə verdiyi ən dəyərli töhfədir. Bu atanın və ananın sonsuz məhəbbətlə böyütdükləri "öz” uşaqları deyil, öz qəlbi, ruhu olan insandır. 
9. Başqasının övladını sevməyi bacar. Öz övladına edilməsini istəmədiyin şeyləri başqasına qarşı etmə. 
10. Öz övladını istənilən halda sev, hətta istedadsız, uğursuz, böyümüş olsa da. Onlarla münasibətdə olduqca sevin, cünki, uşaq nə qədər ki, səninlədir, bayramdır. 

YANUŞ KORÇAK, 
polyak pedaqoq, yazıçı, publisist, ictimai xadim
Məqalə Göndər








Загрузка...