AzTehsil.com


Xəbərlər / Müəllim
04 avqust 2017
3 761


İmtahandan kəsilən müəllim milçəyi günahlandırdı



 

"Müəllimlərin nə imtahanda, nə də imtahandan sonra problemi, söz-söhbəti, narazılığı bitmir. 24 bal yığan bir namizəd milçəkdən şikayət edib. Belə ki, zalda milçəklər ona yazmağa imkan verməyib”.


 Bunu Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib.


Onun sözlərinə görə, müəllimliyə imtahan verən bəzilərinin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: "Gəlib qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır. Təsəvvür edin, oturub arakəsmənin o tayındakı namizədlə danışır, ondan nömrə alır, hər yolla başqalarına mane olurlar. İmtahan zalına telefon keçirirlər. Beləcə, imtahan prosesini də pozurlar. Telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfər artıq bu səbəbdən imtahandan çıxarılıb. Bu gün telefon və qulaqcıqla tutulan namizədi prosesdən yarımçıq çıxartmaq məcburiyyətində qaldıq”.


R.Məmmədov deyib ki, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirirlər.


R.Məmmədov imtahan zallarındakı sarı kartlı masalara "tapşırılanlar”ın oturulması və onlara cavabların ötürülməsi ilə bağli iradlara cavab verərək bildirib ki, cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur: "Hər seansda suallar fərqli olur. Nəzarətçilər iştirakçılara qeyd üçün ağ kağızlar paylayır. Əvvəlki seansın iştirakçısı qeydlərini orda qoyub çıxar və həmin vərəq nəzarətçilərin diqqətindən yayınarsa, növbəti seansın iştirakçısı masasında həmin qeydləri görə bilər. Qeydlər olan kağız dərhal yenisi ilə əvəz olunur. Hətta əvəz olunmasa belə, köhnə seansdan qalan qeyd yeni seansda heç kimin işinə yaramaz. Çünki suallar fərqlidir. Odur ki, bu qənaətin heç bir əsası yoxdur”.


Sarı kartlı masaların digər masalardan hansı səbəblərdən fərqləndirilməsinə gəldikdə, R.Məmmədov bildirib ki, könüllülərin məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb digər sarı kartda bitir: "Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin sərhədini göstərir. Problem yarananda həmin əraziyə görə məsuliyyət daşıyan nəzarətçi cavab verir. Kartlar onların məsuliyyətini müəyyənləşdirir”.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi müəllim olmaq istəyənlərin narazılıqlarına münasibət bildirib

Təhsil Nazirliyi müəllim olmaq istəyənlərin narazılıqlarına münasibət bildirib

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

İyulun 14-ü keçirilən imtahanlarda 33 nəfərin imtahan nəticəsi ləğv olunub

İyulun 14-ü keçirilən imtahanlarda 33 nəfərin imtahan nəticəsi ləğv olunub

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

İmtahandan kəsilənlər bu gün yenidən imtahan verir

İmtahandan kəsilənlər bu gün yenidən imtahan verir

İmtahandan kəsilən qız intihara cəhd etdi

İmtahandan kəsilən qız intihara cəhd etdi

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Bəzi səbəblərdən DQ-də iştirak edə bilməyən müəllimlər avqustda imtahan verəcəklər

Bəzi səbəblərdən DQ-də iştirak edə bilməyən müəllimlər avqustda imtahan verəcəklər

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI