Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində kompüter istifadəçisi, toxuculuq, xalçaçılıq, tikiş, ağac üzərində oyma, kişi və qadın bərbəri, rəssamlıq və aşpaz köməkçisi kursları üzrə növbəti imtahan keçirilib. Mərkəzdən bildiriblər ki, imtahanda 21 nəfər iştirak edib. Komissiyanın qərarına görə, 15 nəfərə öyrəndikləri peşələr üzrə sertifikat, 4 nəfərə arayış verilib. İki nəfərə isə fərdi yanaşılaraq kurs müddətinin 1 ay uzadılmasına qərar verilib.