Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram keçirilib
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram keçirilib..
Siyəzəndə 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün rəngarəng və əyləncəli tədbir keçirilib.
AzTehsil.com xəbər verir ki , əyləncəli proqramda 18 yaşadək əlilliyi olan uşaqlar iştirak ediblər. Onlar üçün rəqslər, musiqili çıxışlar, balaca aktyorların səhnəcikləri təqdim olunub. Uşaqlar səhnədə rəqslər, səhnəciklər, musiqiləri sərbəst ifadə edərək həm istedadlarını göstərib, həm də unudulmaz anlar yaşayıblar.
Siyəzən Gənclər Evi Sosial Xidmət Müəssisəsi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin yerli sektoru və Sosial Dayaq İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir uşaqlara bayram sevinci yaşadıb.![]()









