AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Psixoloq / Yazarlar / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
02 dekabr 2025
1 220

“Qadın ali, kişi isə orta təhsillidirsə, o ailənin ömrü uzun olmayacaq” — Psixoloq

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4.8-dən 4.7-yə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb.

Statistikaya görə, ən yüksək nikah səviyyəsi Şərqi Zəngəzur (5.8), Qarabağ (5.7) və Dağlıq Şirvan ilə Lənkəran-Astara (5.2) iqtisadi rayonlarında müşahidə olunub, boşanma hallarının yüksək olduğu rayonlar isə Bakı şəhəri (2.7) və Şərqi Zəngəzur (2.3) iqtisadi rayonlarıdır.

AzTehsil.com xəbər verir ki , məsələyə münasibət bildirən psixoloq Gülnar Orucova  açıqlamasında bildirib ki, boşanmanın mərkəzi şəhərlərdə daha çox olması təbiidir:
 
“Çünki mərkəzi şəhərlərdə həyat daha qaynar və dəyişkəndir. İnformasiya bolluğu da bu məsələdə xüsusi önəm daşıyır. Əvvəllər qadınların 60-70 faizi ali təhsilsiz idi. Buna görə də qadınların böyük əksəriyyəti, hətta ali təhsillilərin bəziləri də ancaq evdarlıq edirdilər. Onlar üçün də başlıca vəzifə sədaqətli həyat yoldaşı və fədəkar ana olmaq idi.Lakin zaman keçdikcə ali təhsilli qadınların sayı çoxaldı. Həm ali təhsil, həm dəyişən baxışlar, həm də informasiya bolluğu qadınların çoxunda belə bir rəy yaratdı ki, “öz ayağım üstə dayana bilirimsə, kimlərinsə ağız qoxusunu niyə iyləməliyəm?”

İndiki qadınların çoxu həyat yoldaşına yemək bişirməyi, hətta onun paltarını yumağı belə qəbul edə bilmir.

Hesab edir ki, əgər hər iki tərəf bərabər hüquqa malikdirsə, o zaman ev işləri də tərəflər arasında bərabər bölünməlidir. Digər bir problemsə qadının ali təhsilli olmasıdır.

Əgər qadın ali, kişi isə orta təhsillidirsə, o zaman o ailənin ömrü uzun ola bilməz. Bu gün ali təhsili və yüksək gəliri olmayan kişilər özlərinə uyğun həyat yoldaşı tapmaqda çətinlik çəkir. Qadınların isə maddi müstəqilliyi tək yaşamağı asanlaşdırır. İri şəhərlərdə də qadınların iş tapması xeyli asandır. Ona görə də Abşeron yarımadasında boşanma faizi regionlarla müqyisədə xeyli yüksəkdir”.

Həmçinin oxuyun:
Prezident Horovlu kəndində sakinlərlə GÖRÜŞÜB

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Prezident uşaqlarla bağlı qanun imzaladı

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası