Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır
Avqustun 1-dən etibarən Bakı şəhərinin ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq.
unu paytaxtın ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.
İ.Abdullayeva diqqətə çatdırıb ki, elektron qeydiyyat mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. O deyib: "Bakı şəhərində məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sentyabrın 18-də yekunlaşacaq”.
Xatırladaq ki, rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.