AzTehsil.com

Xəbərlər / Yazarlar / Direktor / Müəllim / Cəmiyyət / Bölgə / Ekspert
18 noyabr 2025
1 323

"STEAM-ı inkar etmək yerinə gücləndirmək lazımdır "



AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov öz fikirlərini bildirib. Onun sözlərinə görə dünən SAF 2025 – STEAM tədbirində iştirak etdim. Ölkənin bütün bölgələrindən gəlmiş şagirdlərin yaratdığı mühit o qədər enerji dolu, o qədər həvəsli idi ki, həmin zalda Azərbaycanın gələcək alimlərini, mühəndislərini, dizaynerlərini, proqramçılarını görməmək mümkün deyildi. Uşaqların gözündə parıltı vardı – bu parıltı isə imitasiya ilə yox, praktik bacarıq, yaradıcı düşüncə və problem həll etmə kimi XXI əsrin əsas kompetensiyalarının formalaşması ilə bağlıdır.


STEAM haqqında yazılan bəzi tənqidlər isə təəssüf ki, elmi əsaslara deyil, köhnə pedaqoji yanaşmaya söykənir. Bu model internetdən tapılmış “təcrübələr yığını” deyil, UNESCO və OECD-nin 2030 təhsil çərçivəsində xüsusi vurğuladığı fənlərarası inteqrasiya metodologiyasıdır. Dövlət standartlarımızın özündə real həyat problemlərinin elmlərarası biliklərlə həll olunması tələbi var və bu, STEAM-in nəzəri bazasıdır. Ölkədə minlərlə müəllim rəsmi təlimlərdən keçib, yüzlərlə məktəbdə laboratoriyalar qurulub – problem varsa da, sistem imitasiya deyil, məhz elmi əsaslarla qurulur.


STEAM-ı “plagiat təcrübə” kimi təqdim etmək də doğru deyil, çünki bu model eksperiment dizaynı, mühəndislik yanaşması, “design thinking” və tətbiqi riyaziyyat kimi illərdir elmi dövriyyədə olan metodologiyalara əsaslanır. Əgər hansısa müəllim internetdən nəsə köçürürsə, bu metodun yox, həmin müəllimin professional boşluğunun göstəricisidir. Ali məktəblərdə də artıq tətbiqi riyaziyyat, robototexnika və STEM pedaqogikası üzrə modullar açılıb, dəyişiklik mərhələli gedir və real nəticələr verir.


Ən əsası, PISA 2022-də problem həll etmə və yaradıcı düşüncə üzrə artım təsadüfi deyil — məhz layihə əsaslı öyrənmənin, robototexnikanın və mühəndislik yönümlü tapşırıqların nəticəsidir. Əgər STEAM imitasiya olsaydı, bu inkişaf qeydə alınmazdı. Dünən gördüyüm uşaqların yaratdığı layihələr bir daha göstərdi ki, istedad çoxdur və doğru mühit olduqda nəticə dərhal üzə çıxır.


STEAM-ı inkar etmək yerinə onu daha da gücləndirmək lazımdır, çünki gələcəyin bacarıqları məhz bu model üzərində qurulur.



Həmçinin oxuyun:
Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

Uşaqlar nağıllardakı enerji, hərəkət, fəaliyyət və yumoru sevir

Uşaqlar nağıllardakı enerji, hərəkət, fəaliyyət və yumoru sevir

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir