AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Manşet / Bölgə
08 noyabr 2025
925

ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Sabirabadda keçirilib



ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Sabirabadda keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin növbəti görüşü Mil–Muğan regionu üzrə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrinin həmkarlar ittifaqı komitələrinin iştirakı ilə keçirilib.


AzTehsil.com xəbər verir ki, tədbir 7 noyabr 2025-ci il tarixində Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutub. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.


Görüşdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, komitənin məsul əməkdaşları və 322 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.


Araz Paşayev öz çıxışında üzv təşkilatlarla birbaşa dialoqun və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib. O, üzv təşkilatların sosial layihələrdə iştirakı, təhsil müəssisələrində əmək münasibətləri, sosial təminat və maarifləndirmə istiqamətində görülən işlər barədə məlumat verib, həmçinin ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi sahəsində AHİK və ETİHİ tərəfindən həyata keçirilən tədbirləri və bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.


Açıq dialoq formatında keçirilən görüşdə bir sıra aktual məsələlər müzakirə olunub, ilk təşkilat sədrlərinin sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.


ETİHİ Respublika Komitəsi tərəfindən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüşlər mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 146 üzv təşkilatı özündə birləşdirən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK-in üzv təşkilatıdır.




Həmçinin oxuyun:
ETİHİ bölgələrdə görüşlərini davam etdirir

ETİHİ bölgələrdə görüşlərini davam etdirir

ETİHİ Respublika Komitəsinin ilk təşkilat sədrləri ilə növbəti görüşü keçirilib

ETİHİ Respublika Komitəsinin ilk təşkilat sədrləri ilə növbəti görüşü keçirilib

XVII Forum BAŞLAYIB

XVII Forum BAŞLAYIB

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sabirabad, Saatlı və İmişli rayon təhsil işçiləri ilə görüş

Sabirabad, Saatlı və İmişli rayon təhsil işçiləri ilə görüş

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan SSR-nin ilk Maarif Komissarı-Mirzə Məmmədov

Azərbaycan SSR-nin ilk Maarif Komissarı-Mirzə Məmmədov

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı  yarış baş tutub.

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı yarış baş tutub.

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Şəhidlərin övladları ilə görüş keçirilib

Şəhidlərin övladları ilə görüş keçirilib

“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi

“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Sabirabad və İmişli şəhərlərində vətəndaşlar qəbul ediləcək

Sabirabad və İmişli şəhərlərində vətəndaşlar qəbul ediləcək

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub