AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
08 noyabr 2025
761

"Məktəblərdə hər bir şagirdin dilinə diqqət yetirilməlidir"



Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova deyib ki, ana dilimizdəki problemlərin, dil pozuntularının əsas səbəbi orta məktəbdə tədrisdir. 


Həqiqətən də bütün problemlər orta məktəbdənmi başlayır? Bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?


AzTehsil.com- n əldə etdiyi məlumata görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu məsələdə məsuliyyəti yalnız bir qurumun və ya strukturun üzərinə qoymaq doğru olmaz:


"Əgər biz bir-birimizi ittiham etməyə başlasaq və günahı yalnız mətbuata, media qurumlarına atsaq, heç bir nəticəyə nail ola bilməyəcəyik. Bu cür polemikalara və müzakirələrə sağlam yanaşma hesab etmirəm. Mənim fikrimcə, burada hamımız məsuliyyət daşıyırıq. Əvvəlcə, hər birimiz danışarkən, sözlərimizdə, dilimizdə və danışığımızda mütləq şəkildə ana dilimizin qaydalarına riayət etməliyik. Bu məsələnin həlli ilk növbədə məktəblərdə başlamalıdır. Məktəblərimiz bu məsələyə çox ciddi yanaşmalıdır və hər bir şagirdin dilinə diqqət yetirilməlidir".


Deputat vurğuladı ki, ana dilimizin qorunması məktəblilərimizin gündəmində prioritet məsələ olmalıdır.


"Media bu məsələdə çox diqqətli olmalıdır. Televiziya aparıcılarının, jurnalistlərin danışıq tərzi, işlədikləri ifadələr və ləhcə seçimləri vacibdir. Media qurumları hər zaman bu sahədə etikaya, düzgünlüklə yanaşmalı və dilin saflığını qorumağa səy göstərməlidir. Universitetlərimiz də bu məsələdə öz üzərinə düşəni etməli və tələbələrlə sıx əməkdaşlıq aparmalıdırlar. Tələbələrə ana dilinin saflığını və təmizliyini qorumağın nə qədər vacib olduğunu anlatmalıdırlar. Elmi cəmiyyətin üzərinə də böyük bir məsuliyyət düşür. Akademik institutlar və tədqiqat mərkəzləri bu məsələyə xüsusi diqqət göstərməli və elmi dairələrdə bu məsələyə münasibəti yüksək tutmalıdırlar. Bu məsələdə hər kəsin üzərinə düşən məsuliyyət var və hər birimiz bu mesajdan öz payımızı götürməliyik.  Prezidentin çıxışından, yanaşmalarından və fikirlərindən doğru nəticələr çıxarmalıyıq", - deyə Ceyhun Məmmədov yekunlaşdırdı.



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Milli Məclisin deputatı  növbəti xeyriyyə aksiyası keçirib

Milli Məclisin deputatı növbəti xeyriyyə aksiyası keçirib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib