"Bizim dilimizdə rus sözləri yoxdur" - Professor
"Rus dilindən bizim dilimizə söz keçibmi? Əsla keçməyib. Ancaq məişət səviyyəsində keçib: semiçka, podnos və s".
AzTehsil.com xəbər verir ki, bu fikirləri AMEA dilçilik İnstitutunun direktoru Nadir Məmmədli “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda deyib.
"Ancaq elmi terminologiyaya gələndə, bizim dilimizdə rus sözləri yoxdur. Gələn sözlərin 99 faizi psevdo-yunan, psevdo-latın mərhələsindən sonra Avropa dillərinə keçib, orada formalaşıb və bizim dilimizə gəlib. Bizim dilimizə gələn sözlər haqqında leksik alınmadan danışa bilərik, morfoloji alınmadan danışa bilmərik".![]()













