DİM: TOEFL iBT imtahanı KEÇİRİLƏCƏK
DİM: TOEFL iBT imtahanı keçiriləcək
15 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.
AzTehsil.com xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt