AzTehsil.com

Xəbərlər / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Magistr / Bölgə
03 sentyabr 2025
755

10 magistr tələbəsinə xüsusi təqaüd VERİLƏCƏK



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.


AzTehsil.com  xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qonaqları salamlayaraq ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini bildirib. Suya tələbatın artması, su resurslarının azalması fonunda yeni ixtisaslı kadrların yetişdirilməsinin, yeni yanaşmaların tətbiq olunmasının əhəmiyyətindən söz açan sədr Zaur Mikayılov ADNSU da bu sahədə ilk dəfə olaraq ali təhsil alan tələbələr üçün Təhsil Təqaüd proqramı vasitəsilə Agentliyin gənclərə və ali təhsilə dəstək olmağı hədəflədiyini bildirib.


ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında sənaye ilə əməkdaşlığın yalnız tədris prosesinə deyil, elmi-tədqiqat fəaliyyətlərinə də müsbət təsir göstərdiyini vurğulayıb. O, universitetin əsas məqsədlərindən birinin ölkə üçün prioritet sahələrdə ixtisaslı kadrların hazırlanmasına töhfə vermək olduğunu qeyd edib. Təqaüd proqramına seçilən tələbələri təbrik edən rektor, əməkdaşlığın yalnız təhsil sahəsində deyil, eyni zamanda elmi və innovativ təşəbbüslərin reallaşdırılmasında da önəmli rol oynadığını bildirib. R.Əzizov sənayedə çalışan peşəkarların tədris prosesinə cəlb edilməsinin və su ehtiyatları mövzusunda konfransların keçirilməsinin tələbələrin peşəkar inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.


Görüşdə həmçinin birgə elmi tədqqiat işlərinin və təhsil proqramlarının həyata keçirilməsinin müasir texnologiyaların tətbiqi və bu istiqamətdə kadr hazırlığı kimi məsələlər də gündəmə gətirilib. Agentlik tərəfindən Təqaüd qazanan tələbələr göstərilən diqqətə görə universitet rəhbərliyinə və agentliyə təşəkkürlərini bildiriblər.


Qeyd edək ki ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin bu il ilk dəfə qəbul aparılan (UFAZ) “Su ehtiyatlarının idarə olunması və mühafizəsi ” üzrə magistr səviyyəsinə qəbul olan10 nəfər tələbəsinə Agentlik tərəfindən təqaüd veriləcək.




Həmçinin oxuyun:
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili