AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Kitabxanaçı / İnnovasiyalar / İKT / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Texnologiya / Dünya / Bölgə
24 avqust 2025
912

Konfutsi İnstitutunun nümayəndələri Tolerantlıq Evini ziyarət ediblər



Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun ölkəmiz tərəfdən direktoru Rafiq Abbasov, institutun Çin tərəfdən direktoru xanım Li Jihua və institutun müəllimləri Tolerantlıq Evində olublar.


AzTehsil.com- n əldə etdiyi məlumata görə Universitetdən  bildiriblər ki, görüş zamanı Tolerantlıq Evinin direktor müavini Ülkər Əliyeva Evin yaradılması, əsas fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlmiş, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Tolerantlıq Evinin ölkəmizdə mövcud olan tolerant dəyərlərin, müxtəlif dinlər arasında qarşılıqlı hörmət və harmoniyanın təbliği baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.


Konfutsi İnstitutunun əməkdaşları Tolerantlıq Evinin konsepsiyası, fəaliyyətinin məzmunu və müxtəlif icmalar arasında dialoqun və birgəyaşayış ənənələrinin təşviqində oynadığı rola xüsusi maraqla yanaşıblar.


Rafiq Abbasov müzakirələr zamanı Konfutsi İnstitutunun təhsil və mədəniyyət sahələrindəki strateji hədəfləri ilə Tolerantlıq Evinin missiyasının uyğunluğuna diqqət çəkib. Tərəflər Tolerantlıq Evi ilə bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanlarını dəyərləndiriblər. Tolerantlıq Evi ilə Konfutsi İnstitutu arasında gələcək əməkdaşlıq modelləri, ortaq elmi-mədəni proqramların təşkili, gənclər və tələbələr üçün mübadilə formatlarının işlənməsi, həmçinin tolerantlıq dəyərlərinin təbliği ilə bağlı təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.


Xanım Li Jihua Azərbaycanın tolerantlıq siyasəti və bu sahədə təcrübəsini yüksək qiymətləndirib, Tolerantlıq Evində qarşılaşdığı mənəvi rahatlıq atmosferinin Azərbaycandakı sülh və sabitliyin bir təzahürü olduğunu vurğulayıb.


Sonda Tolerantlıq Evinin fəaliyyəti yüksək dəyərləndirilib, gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı qeyd edilib.



Həmçinin oxuyun:
Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirilib

Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirilib

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub

Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər

Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Çin dili üzrə beynəlxalq müsabiqənin seçim turu keçirilib

Çin dili üzrə beynəlxalq müsabiqənin seçim turu keçirilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili