Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilən görüşlərdə sosial şəbəkə hesablarında paylaşım edilib.
AzTehsil.com xəbər verir ki, paylaşımda deyilir.
“Bugün Vaşinqtonda Azərbaycan Prezidenti, Birləşmiş Ştatların Prezidenti və Ermənistanın Baş naziri ilə Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh üçün mühüm addım atıldı.
Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!
Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!”.