AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Sual / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
06 avqust 2025
734

Beynəlxalq Riyaziyyat Olimpiadasında niyə yer tutmadıq ?



Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası artıq yekunlaşıb. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin nümayəndələri yarışmada müxtəlif medallar qazanıblar. Lakin Azərbaycan komandası bu il olimpiadanı medalsız başa vurub. 


Hadisə sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirələrə səbəb olub, məsul qurumlar tənqid edilib.


AzTehsil.com xəbər verir ki, məsələyə münasibət bildirən Təhsil İnstitutu qeyd edib ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzində yerli və əcnəbi mütəxəssislər tərəfindən həmin şagirdlərin hazırlıq prosesi həyata keçirilir: “Sözügedən olimpiadada iştirak edən komandamızın nəticələri tərəfimizdən təhlil edilir və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək”.


Açıqlama verən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov olimpiadada heç bir yer tutmamağımızın çox pis hal olduğunu bildirib:


“Bu onu göstərir ki, bizdə bu sahəyə lazımi qədər diqqət yetirilməyib. Riyaziyyat olimpiadasında medal qazanmaq üçün təkcə orta məktəbdə verilən bilik və bacarıqlar kifayət etmir, amma biz bununla kifayətlənməli oluruq. Bu sahədə müxtəlif boşluqlar var”.


Onun sözlərinə görə, dünyanın əksər ölkələrində bu tip beynəlxalq yarışlara xüsusi yanaşma var:


“Bütün ölkələrdə olimpiadaya tələbə hazırlamağın müxtəlif yolları mövcuddur. Biz də həmin metodlara uyğun hərəkət etməliyik. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər gənc istedadlar var. Sadəcə, necə ki, başqa ölkələrdə müxtəlif sahələrdə olimpiadalara hazırlıq üçün xüsusi vaxt ayrılır, komanda yığılır, rəhbərlik təyin olunur, burada da eyni yanaşma tətbiq edilməlidir”.


Misir Mərdanov vurğulayıb ki, belə yanaşma yalnız nəticə əldə etməyə deyil, həm də ölkənin bu sahədə nüfuzunun artmasına səbəb olar:


“Əgər bu istiqamətdə sistemli şəkildə çalışsaq, gələcəkdə riyaziyyat sahəsində də Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən və uğur qazanan şagirdlərimiz olacaq. Onlarla görüşmək, onları cəmiyyətə tanıtmaq, nümunə göstərmək də olduqca vacibdir”.


Sabiq nazir olimpiada qaliblərinə verilən dəyərin önəmini də xüsusi qeyd edib: “Beynəlxalq olimpiadalarda yer tutan hər bir şəxs ölkə səviyyəsində yüksək qiymətləndirilməlidir. Bu, təkcə onların deyil, bütövlükdə təhsilin və elmin stimullaşdırılması baxımından çox önəmlidir. Yalnız bu halda olimpiada sahəsində müsbət və davamlı nəticələrə nail ola bilərik”.


Misir Mərdanov əlavə edib ki, riyaziyyat sahəsində ölkənin uğur qazanması üçün bu istiqamətə daha genişmiqyaslı və strateji yanaşma tələb olunur. Onun fikrincə, nəticə əldə etmək üçün hazırkı təcrübəyə yenidən baxmaq və dünya səviyyəsində qəbul olunmuş mexanizmləri tətbiq etmək lazımdır.



Həmçinin oxuyun:
Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

AMEA – da yeni İnstitut yaradılır

AMEA – da yeni İnstitut yaradılır

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Birincilərin birincisi

Birincilərin birincisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Böyük MÜƏLLİM, sadə İNSAN

Böyük MÜƏLLİM, sadə İNSAN

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Sədr müavinindən Mərdanova cavab: Misir Mərdanov özü də bilməmiş deyil ki, təhsilimizə “canıyanan” obrazı yaradıb.

Sədr müavinindən Mərdanova cavab: Misir Mərdanov özü də bilməmiş deyil ki, təhsilimizə “canıyanan” obrazı yaradıb.

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Azərbaycan riyaziyyat olimpiadasında  uğur qazana bilməyib- SƏBƏB

Azərbaycan riyaziyyat olimpiadasında uğur qazana bilməyib- SƏBƏB

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Virtual əlaçı”lar

“Virtual əlaçı”lar

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

Birləşdiriləcək institutların rəhbərləri kimlərdir?

Birləşdiriləcək institutların rəhbərləri kimlərdir?

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür