AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Sual / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
05 avqust 2025
1 508

Abşeron-Xızı RTİ-də dəhşətli korrupsiya– Kim cavab verəcək?



“Su axar, iz salar” deyib atalaramız. Abşeron-Xızı Regional Təhsil idarəsində aparılan maliyyə yoxlamaları bu məsəli bir daha təsdiqlədi. İllərlə göz yumulan, görməzdən gəlinən maliyyə pozuntuları nəhayət ki, özünü göstərdi və nəticədə sistemli yeyintilərin miqyası üzə çıxdı.


Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti 2025-ci il üzrə təsdiqlənmiş iş planına əsasən, Abşeron-Xızı Regional Təhsil idarəsində dövlət vəsaitlərinin necə xərcləndiyini araşdırıb. Nəticələr isə təəssüf doğuracaq qədər ciddi olub.


AzTehsil.com xəbər verir ki, etibarlı mənbələrin verdiyi məlumata əsasən, yoxlamalar idarənin nəzdində fəaliyyət göstərən 103 ümumtəhsil, 6 məktəbdənkənar və 96 məktəbəqədər müəssisəni əhatə edib.Nəticədə dərnəklərin təşkili, dərsdənkənar məşğələlər, əvəz dərslərə görə əməkhaqqı ödənişləri, ştatların saxlanılması və məktəbli qidalanmasında çoxsaylı maliyyə pozuntuları aşkarlanıb.


Son üç ildə aparılmış nəzarət tədbirləri nəticəsində ümumilikdə yarım milyon manatdan artıq vəsaitin mənimsənildiyi ortaya çıxıb. Bu vəsaitə görə məsul şəxslər dövlət büdcəsinə ödəniş etməyə məcbur ediliblər. Üstəlik, 26 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib, 134 nəfərə isə töhmət, şiddətli töhmət və xəbərdarlıq şəklində intizam tənbehi verilib. Bunlarla yanaşı, 6 məktəb rəhbərinin əmək müqaviləsinə xitam verilib.


Ən diqqətçəkən məqam isə idarənin maliyyə sektorunun müdiri Orxan Şirəliyevlə bağlıdır.


Etibarlı mənbələrə görə o, Elm və Təhsil nazirliyinin maliyyə şöbəsinin rəisi Rauf Orucovla yaxın münasibətə malikdir. Bu əlaqə sadəcə şəxsi dostluq deyil, formalaşmış qarşılıqlı maraqlar zəminində qurulmuş münasibət kimi qiymətləndirilir. Məhz bu yaxınlıq idarə daxilində Orxan Şirəliyevə toxunulmazlıq imtiyazı qazandırıb-onun fəaliyyəti heç bir ciddi nəzarətə məruz qalmayıb. Nəticədə nəinki nəzarət zəifləyib, hətta maliyyə pozuntuları sistemli şəkildə ört-basdır edilib. Ekspertlərə görə, bu “dostluq qalxanı” bütöv bir strukturun nəzarətsiz qalmasına və daha dərin, qaranlıq məqamların yaranmasına zəmin yaradıb. Hazırda üzə çıxan faktlar “buz dağının görünən hissəsidir”.


Qəribədir, görəsən idarə rəisi İlhamə Abdullayevanın bütün bu baş verənlərdən xəbəri varmı? Yaxud xəbəri olduğu halda nədən heç bir tədbir görülməyib? Görünür Orxan Şirəliyev o qədər arxalı və güclü fiqurdur ki, müdirin belə ona söz deməyə cəsarəti çatmır.


Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə sektorunda kifayət qədər mühasib və məsul əməkdaşlar çalışır. Belə olan halda bu miqyasda yeyintinin necə baş verdiyi, bu qədər insanın iştirak və səssizliyinin nəyə söykəndiyi ciddi araşdırılmalıdır. Sanki bütün sistem göz yummuş(oxu: kor olmuş), birgə bu pozuntulara zəmin yaratmışdır.


Abşeron-Xızı Regional Təhsil İdarəsinin apardığı özəl araşdırmalar nəticəsində isə əlavə olaraq 33 təhsil müəssisəsinin rəhbəri də vəzifəsindən azad edilib.Bu, artıq problemin tək bir nəfər və ya bir şöbə ilə məhdudlaşmadığını, sistemli korrupsiya və məsuliyyətsizlik probleminin mövcud olduğunu göstərir.


Hazırda digər Regional Təhsil idarələrində də oxşar halların araşdırılması istiqamətində tədbirlər görülməkdədir. Milyonlarla manatlıq dövlət vəsaiti gələcəyimiz olan uşaqların təhsili üçün ayrıldığı halda bu vəsaitlərin hansı əllərdə hansı məqsədlərlə “əridildiyi” narahatlıq doğurur..



Həmçinin oxuyun:
Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Göz yorğunluğu nə zaman yaranır? - Simptomlar və MÜALİCƏ

Göz yorğunluğu nə zaman yaranır? - Simptomlar və MÜALİCƏ

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Məktəbdə dərnəklərin təşkili üçün cədvəl necə hazırlanır? - Müəllim bu cür seçilir

Məktəbdə dərnəklərin təşkili üçün cədvəl necə hazırlanır? - Müəllim bu cür seçilir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Metodbirləşmələr

Metodbirləşmələr

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb