AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
04 avqust 2025
1 149

I qrup üzrə universitetlərin təhsil haqları



AzTehsil.com- n əldə etdiyi məlumata görə qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı, ödənişli əsaslarla təhsil alan zaman universitetlərin tələb etdiyi illik təhsil haqqına da fikir verməlidirlər. Hələ ki, universitetlərin plan yerləri və ixtisaslar üzrə tələb etdikləri illik ödənişin məbləği ilə bağlı konkret rəqəmlər məlum olmasa da, artıq bir sıra universitetlər ötənilki ilə müqayisədə bu il təhsil haqlarında müəyyən artımların olacağını qeyd ediblər. 

Bakı Dövlət Universitetində əksər ixtisasların illik təhsil haqqı 2100 manatdır.  Onlar içərisində sadəcə Yerquruluşu və daşınmaz əmlakın kadastrının (qiyabi) təhsil haqqı 1700 manatdır. Bundan başqa universitetin Qazax filiallarında tədrisi aparılan – Fizika müəllimliyi (əyani) , riyaziyyat müəllimliyi (əyani), həmçinin riyaziyyat və informatika müəllimliyinin (əyani) illik təhsil haqqı 1500 manat olub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ötən il I qrupa aid olan bütün ixtisasların ödənişi 2000 manat təşkil edib. 


Azərbaycan Texniki Universitetində bu qrupa aid olan ixtisasların illik təhsil haqqı 2100-1700 manat aralığında dəyişir. 


Azərbayacan Memarlıq və İnşaat Universitetində də əksər ixtisasların illik ödənişi 2000 manat təşkil edir. Bu universitetdə qrup üzrə ən yüksək təhsil haqqı Memarlıq (tədbir ingilis dilində) ixtisasında tələb olunur. Həmin ixtisasla illik ödəniş 2500 manat təşkil edir. Bundan başqa iki ixtisas – İnformasiya texnologiyalar və Yerquruluşu və daşınmaz əmlakın kadastrı (hər ikisi qiyabi təhsil forması üzrə) illik ödənişi 1700 manat təşkil edib. 


Azərbayacan Dövlət Pedoqoji Universitetinin I qrup üzrə tədris olunan ixtisaslarında illik ödəniş 2300-2000 manat arasında dəyişir. Belə ki, universitetin Bakıda yerləşən əsas binasında ixtisaslar üzrə təhsil haqqı 2300 manat təşkil edirsə, region filiallarında - Şamaxı, Ağcabədi, Quba və Şəki filiallarında isə 2000 manat təşkil edir. 


Azərbaycan Dövlət İqtisad Universiteti ixtisaslar 2200-1400 manat arasında dəyişir. 


Bakı Mühəndislik Universitetində I qrup üzrə ən aşağı təhsil haqqı tələb olunan ixtisaslar Ekologiya, energetika, maşın mühəndisliyidir ki, bunların da illik təhsil haqqı 2200 manatdır. Ən yüksək təhsil haqqı isə tədrisi həm Azərbaycan, həm də ingilis dilində aparılan memarlıq ixtisasıdır. Bu ixtisasda təhsil alanlar illik 2700 manat pul ödəyir. Azərbaycan Respublikası Prezidentinin Dövlət İdarəçilik Akademiyasında I qrup üzrə tədrisi aparılan Kompüter elmləri ixtisasında illik təhsil haqqı 2500 manatdır.


Azərbaycan Diplomasiya Akademiyası və İtaliya Azərbaycan Universitetində I qrupa aid ümumilikdə 8 ixtisas tədris edilir ki, onların da hər biri üzrə illik tələb olunan ödəniş 6000 manatdır. 


Milli Aviasiya Akademiyasında I qrup üzrə tədrisi nəzərdə tutulan bütün ixtisasların illik ödənişi 2500 manatdır, Azərbaycan Dövlət Dəniz Akademiyasında isə hər ixtisas görə ödəniş 2000 manat təşkil edir. 


Bakı Ali Neft Məktəbində bu qrupa aid 12 ixtisasın tədrisi həyata keçirilir, onların hər birinin illik ödənişi isə 4500 manatdır. Dövlət Gömrük Komitəsinin Akademiyasında isə keçirilən İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları üzrə ödəniş müvafiq olaraq 2500 və 2800 manat təşkil edir. 


Region universitetlərinə gəldikdə isə Naxçıvan Dövlət Universitetində illik təhsil haqları 1400-1700 manat arasında dəyişirsə, Naxçıvan Müəllimlər İnstitutunda isə tədris olunan 3 ixtisas üzrə illik ödənişlərin hər biri 1700 manatdır. 


Gəncə Dövlət Universitetində illik təhsil haqqı ən aşağı olan ixtisas Maşın mühəndisliyidir, bu ixtisas üzrə təhsil alan tələbələr 1200 manat pul ödəyir.Riyaziyyat, həmçinin İnformatika müəllimliyi ixtisasları üzrə tələb olunan ödəniş isə 1800 manat olmaqla universitetdə tədris olunan ixtisaslar arasında tələb olunan ən yüksək təhsil haqqıdır. Azərbaycan Dövlət Aqrar Universitetində isə əksər ixtisaslar yalnız dövlət sifarişi hesabına aparılır, lakin bu ali təhsil mərkəzlərində tədris olunan Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları (hər ikisi əyani olmaqla) 1700 manat təhsil haqqı tələb olunur, ödəniş tələb olunan ixtisaslarda isə ödəniş 1500 manat təşkil edir. Gəncə şəhərində yerləşən Texnologiya Universitetində isə tələbələrdən tələb olunan illik ödəniş 1350-1550 manat arasında dəyişir. 




Həmçinin oxuyun:
Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Müavinətin hesablanması və ödənilməsi qaydası

Müavinətin hesablanması və ödənilməsi qaydası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA