AzTehsil.com

Xəbərlər / Ziyalılar / Valideyn / Direktor / Müəllim / Sual / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
29 iyul 2025
1 031

Lisey imtahanlarında nə baş verib, nəticələr niyə ləğv olunub?



Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının cavablarına əsasən 289 şagirdin nəticəsi ləğv olunub. Bu isə bir çox valideynlər tərəfindən etirazla qarşılanıb.


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı fikirlərini redaktor.az ilə bölüşən təhsil eksperti Elnur Hacıyev bildirdi ki, ümumiyyətlə, lisey və gimnaziyalara qəbul qaydalarının çətin olması normal haldır. Onun sözlərinə görə, valideynlər bu qaydalara nə qədər təzyiq göstərsələr də, bu, reallığı dəyişmir:


"Əgər imtahan zamanı qaydaların pozulması halları müşahidə olunursa, burada artıq hər iki tərəfin – həm köçürənin, həm də köçürməyə şərait yaradanın məsuliyyəti var. Bu isə o deməkdir ki, imtahanın qaydaları və tələbləri dəqiq və düzgün müəyyənləşdirilməli, nəzarət isə ciddi şəkildə təmin olunmalıdır ki, bu cür halların qarşısı alınsın. Əgər imtahan nəticəsində kəsilənlər varsa, bu da təbiidir. Axı liseylərə hər kəs qəbul edilməməlidir. Lisey və gimnaziyalar istedadlı şagirdlərin inkişafı üçün nəzərdə tutulmuş təhsil müəssisələridir. Burada rəqabətin yüksək olması və qəbul balının da yüksək müəyyənləşdirilməsi tamamilə məntiqlidir. Bu səbəbdən, kəsilənlərin sayının çox olması da qəbulediləndir".Müsahibimiz qeyd etdi ki, imtahan zamanı qayda pozuntusu müşahidə olunursa, bu zaman məsuliyyət yalnız köçürən şagirdin deyil, həm də ona köçürmək imkanı yaradan şəxslərin, o cümlədən nəzarətçilərin üzərinə düşür.


"Bu isə onu göstərir ki, imtahanlarda buraxılan səhvlər araşdırılmalı, təhlil edilməli və növbəti illərdə onların təkrarlanmaması üçün lazımi tədbirlər görülməlidir. Məsələn, nə qədər şagird qayda pozuntusuna görə kənarlaşdırılıb? Bu hadisələr hansı zallarda baş verib? Həmin zallarda kim nəzarətçi olub? Yəni səhv nədən qaynaqlanıb ki, gələcəkdə bu halların qarşısı alınsın? Digər tərəfdən, burada həm valideynlərin, həm də şagirdlərin maarifləndirilməsi zəruridir. Çünki əgər bir uşaq liseyə köçürmə ilə daxil olursa, o, gələcəkdə liseyin ağır tədris proqramına uyğunlaşa bilməyəcək. Reallıq da bunu göstərir ki, kim liseyə aşağı balla və ya hansısa vasitə ilə daxil olur, o, proqramın ağırlığına tab gətirə bilmir. Liseylər istedadlı və qabiliyyətli şagirdlərin oxumalı olduğu təhsil müəssisələridir. Burada yüksək rəqabət mühiti, çətin qəbul imtahanları və yüksək keçid balları tamamilə məntiqlidir və bu, təhsilin keyfiyyəti baxımından müsbət haldır", - deyə Elnur Hacıyev bildirib.



Həmçinin oxuyun:
Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Sinif rəhbəri pedaqoji diaqnostikanı necə həyata keçirməlidir

Sinif rəhbəri pedaqoji diaqnostikanı necə həyata keçirməlidir

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib