AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə
28 iyul 2025
1 205

Prorektor: Prezidentin imzaladığı...- ƏTRAFLI




Prorektor: Prezidentin imzaladığı son iki ali dövlət sənədi ölkə təhsilinə dövlətimizin növbəti münasibət göstəricisi kimi yadda qalıb.


Tələbələr ənənəvi olaraq əhalinin sosial müdafiəyə, dəstəyə ehtiyacı olan ən həssas təbəqələrindən biri hesab olunur və bu yekdil qənaət dünyada, həmçinin Azərbaycanda da beləcə qəbul edilir. Buna görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2025-ci il 24 iyul tarixli “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamı və “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanı ancaq təhsil ictimaiyyəti deyil, cəmiyyətimizin bütün təbəqələri tərəfindən vaxtında atılan addım kimi qarşılandı.


AzTehsil.com - Bu fikirləri AZƏRTAC -a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova deyib. Prorektor bildirib ki, imzalanan Sərəncam və Fərman özündə Azərbaycan Respublikasında 30 ildən artıq müddətdə təhsilə dövlət qayğısını ifadə edən təsdiq edən faktlardan biri kimi də qəbul oluna bilər: “Dövlətin təhsil siyasəti ölkədə müxtəlif sahələr üzrə əmək bazarının və cəmiyyətin tələbatı nəzərə alınmaqla şaxələnməsinə baxmayaraq, vahid yanaşması ilə səciyyəvidir və ali təhsil müəssisəsində fəaliyyət göstərən şəxs olaraq adıgedən sənədləri tələbəyönümlü sənəd kimi dəyərləndirirəm. Ali dövlət sənədlərinə sadəcə olaraq “əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” kimi yanaşmaq yox, həmin Sərəncamın mənəvi tərəfinə xüsusilə diqqət yetirmək istərdik. Tələbə təqaüdlərinin mənəvi tərəfi ləyaqətin tanınması, təhsilə motivasiya və sosial məsuliyyətlə bağlılıqla bərabər, rəqabət mühiti yaradır ki, bu faktoru daha əhəmiyyətli hesab etmək lazımdır. Maliyyə dəstəyi kimi təqaüdlər tələbələri daha yaxşı akademik performans göstərməyə və universitet həyatında fəal iştirak etməyə həvəsləndirə bilər və hesab edirik ki, məhz bu amilə ali təhsil müəssislərində fəaliyyət göstərən ayrı-ayrı qurumlar diqqət yetirməlidir”.


O bildirib ki, bundan əlavə, həmin qurumlar adıçəkilən Sərəncamla eyni vaxta imzalanan “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanla təsbit edilən “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilsin” bəndinin icrası zamanı xüsusilə diqqətli olmalıdır. "Uzun illərin pedaqoji təcrübəsindən çıxış edərək bu məsələnin həssaslığı üzərində dayanmaq istərdim. Hər bir fərd kimi, tələbələr də tamamilə haqlı olaraq nailiyyətlərinin tanınmasını şəxsi uğurların ilkin şərti kimi qəbul edirlər və bu qənaətlərində birmənalı olaraq əmindirlər: hər bir adlı təqaüd tələbələri daha da inkişaf etməyə həvəsləndirən yüksək akademik performans və digər nailiyyətlərə görə mükafatdır. Sözün müstəqim mənasında adlı təqaüd almaq tələbələrin nəticələrini qorumaq və ya hətta yaxşılaşdırmaq üçün daha yaxşı oxumağa əlavə stimul olmaqdan əlavə, onlar üçün təkcə maliyyə dəstəyi yox, həm də liderlik keyfiyyətlərini, komandada işləmək bacarıqlarını və digər mühüm səlahiyyətləri inkişaf etdirmək imkanıdır. Hər bir pedaqoji işçi, fərqi yoxdur, sıravi və ya rəhbər şəxs olsun, bilməlidir ki, adlı təqaüdlər gələcəkdə elmin, mədəniyyətin, iqtisadiyyatın və digər sahələrin inkişafına töhfə verəcək istedadlı tələbələrin dəstəklənməsinə yönəldilə bilər və bu, cəmiyyətimizin gələcəyi üçün ən faydalı töhfədir.


Təkcə ölkəmizin deyil, Qafqazın ən uzunömürlü ali məktəblərindən birinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxminli kollektivi adından deyə bilərəm ki, Prezident İlham Əliyevin imzaladığı son iki ali dövlət sənədi ölkə təhsilinə dövlətimizin növbəti münasibət göstəricisi kimi yadda qaldı", - deyə prorektor əlavə edib.



Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb