Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb
Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AzTehsil.com xəbər verir ki, tədbir Azərbaycan Respublikası Dövlət himni ilə açıq elan edilib.
Mükafatlandırma mərasimində elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər iştirak edib.
Nazir iştirakçılara və onların valideynlərinə və müəllimlərinə təşəkkür edib: “Bu nailiyyət həm fərdi, həm də ictimai məsuliyyət daşıyır. Malik olduğunuz bu fitri istedadla yalnız özünüz üçün deyil, həm də cəmiyyət və Vətən üçün faydalı işlər görməlisiniz”.
Daha sonra şagirdlərin mükafatlandırılması mərasimi baş tutub.
Qeyd edək ki olimpiadaya ümumilikdə 80 min iştirakçı qatılıb. Onlardan 95 şagird qızıl, 170 şagird gümüş, 249 şagird isə bürünc medal qazanıb.