AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
17 iyun 2025
1 767

Baxırsan,müəllimə 50 yaşı var,amma…



Təhsil eksperti Əmrah Həsənli son dövrlərdə sosial mediada geniş yayılan və bəzi müəllimlərin də qoşulduğu trendlərə münasibət bildirib. O, qeyd edib ki, texnologiya və sosial şəbəkələr müasir dövrün ayrılmaz parçasına çevrilsə də, müəllim nüfuzu və cəmiyyətə örnək olmaq kimi prinsiplər unudulmamalıdır.


AzTehsil.com - Əmrah Həsənli vurğulayıb ki, bir müəllimin sosial şəbəkədə aktiv olması təqdirəlayiq haldır. Ancaq bu aktivlik məsuliyyətlə müşayiət olunmalıdır:

“Baxırsan, müəllimə 50 yaşı var. Çiyinlərində bir ömrün təcrübəsi, sinif otağında yetişdirdiyi yüzlərlə şagirdin izləri var. Amma bir də görürsən ki, Tiktokda ‘Efendim, eşitmedim’ trendinə qoşulub. Bu zaman istər-istəməz sual yaranır: Nə dərəcədə zəruridir bir müəllimin bu formada görünməsi? Biz gənclərə nümunə olmağa çalışmalıyıq, onların etdiklərini təkrarlamağa yox.”


Təhsil eksperti hesab edir ki, müəllim gənclərlə eyni platformada ola bilər, lakin eyni səviyyədə yox. O, düşünür ki, sosial media müəllim üçün maarifləndirici, təbliğat xarakterli və ictimai fayda gətirən bir vasitə olmalıdır.


“Zamanla ayaqlaşmaq gözəldir, amma trendin içində itib-batmaq zamanla yox, cəmiyyətlə ziddiyyət təşkil edir. Müəllimlik bir peşə olmaqdan daha çox bir missiyadır. Biz bu missiyanı 30 saniyəlik Tiktok videolarında yox, davranışımızda, danışığımızda və duruşumuzda göstərməliyik”, – deyə Əmrah Həsənli qeyd edib.


O əlavə edib ki, bəzi müəllimlərin bu tip trendlərlə gündəmə gəlməsi cəmiyyətin müəllimə olan baxışını da dəyişə bilər:

“Bəzən deyirlər ki, müəllim də insandır, əylənə bilər. Razıyam. Amma bu əyləncənin ölçüsü və məkanı da olmalıdır. Əgər bir valideyn övladının müəllimini sosial mediada bu cür qeyri-ciddi bir videoda görürsə, onun peşəkarlığına inamı azala bilər. Müəllim öz ictimai imicinə sahib çıxmalıdır.”


Əmrah Həsənli bildirib ki, sosial mediada var olmaqla trend olmaq arasında incə bir fərq var. Təhsil ictimaiyyətinin bu fərqi doğru müəyyənləşdirməsi vacibdir:

“Əyləncəli olmaqla bayağı olmaq arasında xətt çox incədir. Biz o xətti keçməməliyik. Müasir olmaq, texnologiyadan istifadə etmək, gənclərlə ünsiyyətdə olmaq – bunlar hər biri vacibdir. Amma bu dəyərləri qorumaq şərti ilə.”


Sonda təhsil eksperti müəllimlərə çağırış edərək bildirib ki, nümunə olmaq üçün gülmək yox, dəyərli olmaq kifayətdir:

“Sosial mediada bir müəllimin rolu, sadəcə gülmək və izləyici qazanmaq olmamalıdır. Biz Tiktokda izlənilən yox, cəmiyyətdə izlənilən müəllimlər olmalıyıq. Müəllim nüfuzu bir kliklə qazanılmır – o, illərlə formalaşır və bir neçə saniyəyə itirilə bilər.”



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Müəllimlərim bu yolla nüfuzu zədələnə bilər" - MÜZAKİRƏ

"Müəllimlərim bu yolla nüfuzu zədələnə bilər" - MÜZAKİRƏ

İtirilmiş müəllim nüfuzunu necə qaldırmalı?

İtirilmiş müəllim nüfuzunu necə qaldırmalı?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Nakam ömrün şəhidlik zirvəsi

Nakam ömrün şəhidlik zirvəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Müəllim - Şagird münasibətləri niyə düzəlmir?

Müəllim - Şagird münasibətləri niyə düzəlmir?

Dərsin müasirliyinin psixopedaqoji sirləri

Dərsin müasirliyinin psixopedaqoji sirləri

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları