AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Sual / Digər Elan / Cəmiyyət / Bölgə
10 iyun 2025
1 096

Sertifikasiyasiyada güzəşt olar ?



Müəllimlərin sertifikasiyası: “Qiymətləndirmədə güzəşt etmək olar”.Məlumdur ki, müəllimlər sertifikasiya imtahanından kəsildikdə onlara bir il müddətində yenidən hazırlaşmaq üçün möhlət verilir. Bu dövrdə onlar işlərini davam etdirirlər. Lakin əgər ikinci dəfə də sertifikasiya imtahanından uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilir.


Maraqlıdır ki, bu qayda həkimlər üçün fərqlidir. Belə ki, 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Bu halda iş yeri saxlanılsa da, tibb işçisinə işə gəlməyə icazə verilmir. Və dövlət tərəfindən maaş almaqda davam edirlər.


AzTehsil.com bildirir ki , mövzu ilə bağlı azEdu.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, müəllimlərin sertifikatlaşdırılması prosesində qiymətləndirmə mərhələsində müəyyən güzəştlərə getmək olar:"Müəllimlərin sertifikatlaşdırılması prosesi Nazirlər Kabinetinin 2019-cu il qərarına əsasən müəyyənləşdirilib. Buradakı bütün müddəa və qərarlar həmin qaydalar əsasında həyata keçirilir”.


 Ekspert əlavə edib ki, bu proses əsasən Qazaxıstan və Ukrayna təcrübəsindən bəhrələnir:



“İstər metodoloji, istərsə də qiymətləndirmə tərəfinin hüquqi bazası xarici təcrübələrə əsaslanaraq hazırlanıb. Bu istiqamətdə xüsusi komissiya fəaliyyət göstərir və mütəmadi monitorinq aparılır. Fikrimcə, müəllimlərin sertifikatlaşdırılması prosesinin tələbləri kifayət qədər humanist və demokratikdir. Burada heç bir ağırlaşdırmadan söhbət gedə bilməz.


Qeyd edə bilərəm ki, müəllimlərin sertifikatlaşdırılması prosesində qiymətləndirmə mərhələsində müəyyən güzəştlərə getmək olar. Amma biz mövzu ilə bağlı müqayisələrdən uzaq durmalıyıq. Hər peşənin özünəməxsus xarakteristikası və spesifikası var. Hər bir peşə sahiblərinə qoyulan tələblər fərqlidir. Bir peşə digərindən fərqləndiyi kimi, həmin peşə sahiblərinə qoyulan tələblər də bir-birindən fərqli olmalıdır. Bunu ayrıseçkilik və ya sosial fərq kimi qiymətləndirmək doğru deyil”.



Həmçinin oxuyun:
Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR