AzTehsil.com


Xəbərlər
16 iyun 2017
3 333


İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq



İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib.
 
AMEA-dan verilən məlumata görə, iclasda AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın magistraturasına 87 plan yerinə 1742 ərizənin, orta hesabla hər bir yerə 20-dən yuxarı ərizənin verildiyini, bəzi ixtisaslarda isə bu rəqəmin 50-yə yaxın olduğunu bildirib. Ə. Sadıqov qeyd edib ki, iyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq.
 
AMEA prezidenti, akademik Akif Əlizadə AMEA ilə Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıqdan danışaraq nazirliyin AMEA-nın müəssisələri ilə sıx əlaqələr qurduğunu bildirib. Bununla əlaqədar çıxış edən Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev FHN ilə əməkdaşlıq çərçivəsində yeni layihələrlə əlaqədar konkret addımlar atıldığını nəzərə çatdırıblar.
 
Direktorlar Şurasının iclasında Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması haqqında çıxış edən AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi üzrə komissiyanın işə başladığını deyib: "Akademiya ilə "Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanındakı yataqxananın ərazisində inşa edilən yeni binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmlər doktorları, fəlsəfə doktorları və elmi dərəcəsi olmayan elmi işçilərin Akademiyaya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi prosesinə start verilib. Növbəti mərhələdə yataqxanada qeydiyyatı olub, üzrlü səbəbdən yaşamayan elmi işçilərin mənzil problemlərinin araşdırılmasına başlanacaq”.
 
apa.az



Загрузка...
Həmçinin oxuyun:
"Magistr-2017" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Magistr-2017" müsabiqəsinin qalibləri mükafatlandırılıb

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

Azərbaycanda elmi müəssisələr birləşdirilir?

Azərbaycanda elmi müəssisələr birləşdirilir?

DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

Qəbul imtahanlarından sonra 200-dən çox magistr akademiyada çalışacaq

Qəbul imtahanlarından sonra 200-dən çox magistr akademiyada çalışacaq

DİM «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib

DİM «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Azərbaycan elmində yenilik - virtual laboratoriya yaradılır

Azərbaycan elmində yenilik - virtual laboratoriya yaradılır

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

Magistrantlara şad xəbər

Magistrantlara şad xəbər

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Bu ixtisaslarda təhsil alanlar elmi tədqiqatla məşğul olmayacaq və onlar tədqiqatçı kimi deyil, mütəxəssis kimi hazırlanacaq

Bu ixtisaslarda təhsil alanlar elmi tədqiqatla məşğul olmayacaq və onlar tədqiqatçı kimi deyil, mütəxəssis kimi hazırlanacaq

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib

Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib