AzTehsil.com

Xəbərlər / Digər Elan / Cəmiyyət / Bakalavr / Ekspert / Manşet / Bölgə
15 may 2025
773

Tələbələrə təcrübə imkanı yaratmaq lazımdır - Ekspert



"Müəssisələr universitetlərə “işçi sifarişi” verməlidir"

Azərbaycanda universitetlərin real sektorla əlaqələrinin zəif olması və təhsilin əmək bazarına cavab verməkdə gecikməsi müzakirə mövzusudur. UNEC-in rektoru Ədalət Muradovun “Təhsil real sektoru müəyyən etmir, onun arxasınca gedir”, fikri bu problemi bir daha təsdiqləyir.

AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, hazırda Azərbaycan təhsili real sektorun arxasınca getməklə kifayətlənir, halbuki təhsil onun bir addım qabağında olmalı və inkişaf istiqamətini müəyyənləşdirməlidir:

“Çox təəssüf ki, biz təhsili indi real sektora uyğunlaşdırmağa çalışırıq. Halbuki təhsil sektorun inkişafına yön verməli idi. Hazırda isə vəziyyət əksinədir. Biz ancaq mövcud bazarın tələblərinə uyğunlaşmağa çalışırıq.

Bu vəziyyətdən çıxış yolu yalnız sistemli və strateji yanaşma ilə mümkündür. İlk növbədə beynəlxalq təcrübə öyrənilməli və sürətlə milli təhsil sisteminə tətbiq edilməlidir. Eyni zamanda, xarici universitetlərlə inteqrasiya gücləndirilməli, daxili bazarın iştirakçıları - işəgötürənlər, investorlar və sənaye nümayəndələri ilə universitetlər arasında güclü əməkdaşlıq formalaşdırılmalıdır".


 


Cahid İmanlı əlavə edib ki, təhsilin planlaşdırılması yalnız bu günün yox, 5-10 il sonranın tələblərini də qarşılamalıdır:


 “Strateji planlaşdırma təkcə bugünkü əmək bazarına yox, gələcəyin bazar ehtiyaclarına cavab verəcək şəkildə qurulmalıdır".


Ekspert universitetlərlə real sektor arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret mexanizm təklif edir: müəssisələr tələbələr üçün ödənişli təcrübə imkanları yaratmalı və universitetlərə "işçi sifarişi" təqdim etməlidir. Bu yanaşma, tələbələrin həm təhsil dövründə real iş mühiti ilə tanış olmasına, həm də məzun olduqdan sonra dərhal işlə təmin olunmasına şərait yaradar.


 



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi