AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Səhiyyə / Cəmiyyət / Manşet / Bölgə / Şagird / Tədbirlər
24 aprel 2025
640

Nazir müavini autizmlə bağlı beynəlxalq elmi konfransda iştirak edib



Nazir müavini Firudin Qurbanov autizmlə bağlı beynəlxalq elmi konfransda iştirak edib.

AzTehsil.com xəbər verir ki, aprelin 24-də “Autizm - tədqiqatdan təcrübəyə” adlı beynəlxalq autizm konfransının rəsmi açılış mərasimi keçirilib.


 “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi beynəlxalq mütəxəssislərin təqdimatında autizm haqqında müasir elmi araşdırmaları, həmçinin autizmə effektiv müdaxilə metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi və onlar üçün dayanıqlı məşğulluq imkanları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdırmaq, həmçinin autizm haqqında maarifləndirmə aparmaqdır.


Açılış nitqi ilə qonaqları salamlayan “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova konfransın əhəmiyyətini vurğulayaraq bu tədbirin artıq dördüncü dəfə keçirildiyini diqqətə çatdırıb və tədbirin təşkilində dəstək göstərən hər kəsə təşəkkür edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı qeyd edib ki, övladlarına autizm diaqnozu qoyulmuş ailələrin sosial qayğılarının azaldılması, valideynlərin lazımi səriştələr qazanması məqsədilə dövlət qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilir və bu tədbirlərin ölkə miqyasında yayılması üçün xüsusi səylər göstərilir. Açılış tədbirində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov autizmli uşaqların məktəbəqədər və məktəb yaşında ümumi təhsil sisteminə cəlb edilməsinin onların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdiyini diqqətə çatdırıb. Nazir müavini əlavə edib ki, təhsil sisteminin vəzifəsi autistik spektr pozuntusu olan uşaqlar daxil olmaqla atipik inkişaf edən uşaqların imkanlarını və məhdudiyyətlərini nəzərə alaraq onların təlim və tərbiyəsini təşkil etməkdir.

Autizmli uşaqların inklüziv təhsilə cəlb edilməsi, həmçinin təhsilverənlərin bu sahədə peşəkar inkişafı üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərdən bəhs edən nazir müavini bildirib ki, 2020-ci ildən başlayaraq nazirliyin Fəaliyyət Planına əsasən, inklüziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələrinin şəbəkəsi Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri ilə bərabər regionlarda da genişləndirilərək sayı 69-a çatdırılıb. İnklüziv təhsil sahəsində bilik və bacarıqların artırılması məqsədilə müəllimlər üçün tədris proqramları, valideynlər üçün isə öyrədici metodiki vəsaitlər hazırlanıb. Ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətini formalaşdırmaq üçün pedaqoji və inzibati heyət, o cümlədən şagird və valideynlərlə maarifləndirici görüşlər keçirilib. Firudin Qurbanov çıxışının sonunda dünya təcrübəsinə əsasən yalnız birgə sistemli fəaliyyət nəticəsində, vahid kompleks tədbirlər vasitəsilə autizm xəstələrinin əlilliyini əhəmiyyətli dərəcədə azaltmağın mümkünlüyünü vurğulayıb. 

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev öz növbəsində inklüziv təhsil istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən mühüm roldan danışıb və bildirib ki, bu rol həm kadr hazırlığı, həm də artıq əmək bazarında fəaliyyət göstərən şəxslərə əlavə bilik və bacarıqların verilməsi baxımından əhəmiyyətlidir. Bakı Slavyan Universitetində 3 ildir ki həyata keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsindən söz açan rektor layihənin əsas məqsədinin müəllim hazırlığı prosesində tədris məzmunu və resurslarına inklüziv təhsil prinsiplərinin inteqrasiyasının olduğunu diqqətə çatdırıb.

Çıxış edən "Kapital Bank"ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə "Kapital Bank" tərəfindən təhsil sahəsində həyata keçirilən əhəmiyyətli layihələrdən danışıb və konfransın işinə uğurlar arzulayıb. 

Digər qonaqlar konfransın mövzusu istiqamətində öz sahələrində görülən işləri diqqətə çatdırıblar. 


Rəsmi açılış hissəsindən sonra “Birgə və Sağlam” İctimai Birliyinin “Mavi ürəklər” inklüziv musiqi qrupu konsert proqramı ilə çıxış edib.


Qeyd edək ki, 23-25 aprel tarixlərini əhatə edən konfransın ilk günü Bakı Slavyan Universitetində autizmlə bağlı müxtəlif mövzulara həsr olunan 10 praktik seminar təşkil edilib. Konfransda ABŞ, İsveç, Norveç, İrlandiya və Türkiyədən dəvət olunmuş tədqiqatçılar, həmçinin yerli mütəxəssislərin geniş təqdimatlarla çıxışları, ekspertlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub. 


Konfrans Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Medianın İnkişafı Agentliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi, NEQSOL Holding, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Media Mərkəzi və Azərbaycan Pediatriya Cəmiyyətinin tərəfdaşlığı, "Azərbaycan Hava Yolları" QSC, bp şirkəti, Kapital Bank və “SARDA Group”un sponsorluğu, “Atashgah” İncəsənət Mərkəzi, IBAO, DePromo, Özsüt, “İnklüziv İnkişafa Dəstək Mərkəzi”, “Kashalata” kafe, PM Akademiya, “Birlik” İctimai Birliyi, “Umid var” İnklüziv Yaradıcılıq Birliyi və “SBS” şirkətinin dəstəyi ilə keçirilir. 






Həmçinin oxuyun:
II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib

II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Ali təhsildə elmin inkişafı naminə

Ali təhsildə elmin inkişafı naminə

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Tərbiyənin metodları

Tərbiyənin metodları

Mütəxəssis: Autizmli uşaqların sevgiyə və təhsilə çox ehtiyacı var

Mütəxəssis: Autizmli uşaqların sevgiyə və təhsilə çox ehtiyacı var

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?