Qubada “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib
AzTehsil.com xəbər verir ki,Quba Olimpiya Kompleksində “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib.
23 aprel 2025-ci il tarixində Quba Olimpiya Kompleksində Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi keçirilib.Yarışda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX, X və XI sinif şagirdlərindən ibarət 5 komanda iştirak edib. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışında Qusar rayonunu təmsil edən komanda birinci yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ qazanıb.Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadasının əsas məqsədi müxtəlif sahələrdə bilik və bacarıqları ilə seçilən istedadlı şagirdləri aşkar etmək, onların əməkdaşlıq, ünsiyyət, liderlik, qərarvermə, müzakirə mədəniyyəti, komanda işi, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirməkdir. Bununla yanaşı, olimpiada sağlam rəqabət və regionlararası ünsiyyət mühitinin formalaşmasına da töhfə verir.Olimpiada çərçivəsində iştirakçılar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət istiqamətləri üzrə bilik və bacarıqlarını nümayiş etirəcəklər...