Qarabağ Universitetində əməkdar artist Firuz Səxavətin konserti keçirilib
Qarabağ Universitetində əməkdar artist Firuz Səxavətin konserti keçirilib.
AzTehsil.com xəbər verir ki, Qarabağ Universitetində İncəsənət fakültəsinin müəllimi, əməkdar artist Firuz Səxavət və tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Konsertdə Firuz Səxavəti Ağdam Musiqi kollecinin “Qarabağ ansamblı” müşayiət edib. Proqramda əməkdar artist və tələbələrinin ifasında müxtəlif muğamlar, xalq mahnıları, klassik və müasir musiqi nömrələri səsləndirilib.
Tədbirdə Firuz Səxavət musiqi sənətinin incəlikləri və Qarabağın musiqi ənənələri haqqında qısa çıxış edərək tələbələrin sənət yolunda inkişafı və gələcək planları ilə bağlı fikirlərini bölüşüb.
Konsert proqramının sonunda Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Firuz Səxavəti, “Qarabağ ansamblı”nı və tələbələri təbrik edərək onların bu təşəbbüsünü yüksək qiymətləndirib və bu cür tədbirin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib. Rektor Azərbaycan musiqisinin zənginliyini və gənc nəslin bu mirasa sahib çıxmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsi