AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan
17 aprel 2025
1 087

Sabirabadın Əhmədabad kənd məktəbində.... ŞOK



Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS


Təhsil elə bir sahədir ki, bütün qapıların açarı məhz bu sektorun əlindədir. Dolayısı ilə bizə ilk Əlifbanı öyrədən, vətəni sevməyi, dövlətə və dövlətçiliyə xidməti aşılayan məhz müəllimlərimizdir. Bir sözlə, yaxşı müəllim yaxşı təhsilverən deməkdir. Təhsil isə bir millətin gələcəyidir. Vay o gündən ki, gələcəyimizin qurucuları hesab edilən müəllimlər bütün bu ali dəyərlərdən məhrum, yalnız öz şəxsi maraqlarını düşünən şəxslər olsunlar. Bu halda həm cəmiyyət, həm də dövlət təhlükə altına düşür. Təəssüflər olsun ki, bəzən öz şəxsi maraqlarını hər şeydən üstün tutan direktorlara və müəllimlərə rast gəlinir. Elə Sabirabad rayon Əhmədabad kənd orta məktəbinin keçmiş direktoru Nəsibə Bağırova da müəllim adına yaraşmayan hərəkətlərə yol verən "pedaqoq"lar sırasındadır. AzTehsil.com TəhsilMedia.az-a istinadən xəbər verir ki, redaksiyaya Nəsibə Bağırovanın qanunsuz əməlləri ilə bağlı şikayət məktubu və çoxsaylı müraciətlər daxil olub. Şikayət məktubunda deyilir ki, Nəsibə Bağırova qanunsuzluğu və saxtakar əməlləri ilə qərəzlilik edib, korrupsiya və rüşvətxorluğa əl atıb, buna etirazını bildirən müəllimləri isə hədə-qorxu gələrək təhsil müəssisəsindən uzaqlaşdırıb.


Direktorun qurbanına çevrilən müəllimlərdən biri də Murad Əhmədov adlı müəllim olub.

Belə ki, Murad müəlim Nəsibə xanımın əməlləri barədə prokurorluq orqanlarına və məhkəməyə müraciət etsə də, heç bir nəticə hasil olmayıb. Hərçənd Nəsibə Bağırovanın məktəbi öz şəxsi əmlakı kimi idarə etməsi, orada çalışan müəllimləri hədələməsi, rüşvət alması və digər faktlar öz təsdiqini tapıb. Lakin direktor hansısa vasitələrdən istifadə edərək hələ də məsuliyyətdən yayınmağı bacarıb.


Ancaq direktorun fəaliyyəti bununla da yekunlaşmır. Belə ki, o, Sabirabadda məskunlaşan Axısqa türklərinə qarşı qərəzlilik edir və hətta onların hamısını işdən çıxartmağa nail olub. O cümlədən, məktəbin bədən tərbiyə və idman müəllimi Murad Əhmədovu da min bir bəhanə və şər-böhtanla işdən uzaqlaşdırıb. Hansı ki bütün pedaqoji heyət Murad müəllimin necə mədəni və əxlaqi dəyərlərə malik bir insan olduğunu bilir.

Bu gün ölkədə tolerantlığın yüksək səviyyədə olduğu bir vaxtda direktor Nəsibə Bağırova axısqa türklərinə qarşı ayrı-seçkiliyə yol verir, müəllimləri işdən çıxarır və bu, birbaşa ölkə Prezidenti İlham Əliyevin apardığı siyasi kursa ziddir.

Təəssüflər olsun ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və Sabirabad rayon təhsil sektorunun müdiri Pəhləvan Qarayev direktorun özbaşınalığına və qanunsuzluğuna göz yummaqla məşğuldur. Direktor isə diplomsuz işçi götürmək, diaqnostik qiymətləndirmədən kəsilənlərə daha çox saat vermək, hətta narkoman şəxsi işlə təmin etmək kimi qanunsuz əməllərindən geri qalmır. Məsələn, ingilis dili fənnindən 3 bal toplayan Tünzalə Mehdiyeva, rus dilini tədris edən Aygün Umudova və digərlərini göstərə bilərik. Aygün Umudova direktorun bacısının gəlini olduğu üçün işlə təmin edilib. Bundan başqa laborant kimi fəaliyyət göstərən Nurəddin Musa oğlu vaxtilə narkotik alveri ilə məşğul olub və 3 il həbs yatıb. Buna baxmayaraq yenə də məktəbdə fəaliyyət göstərir.Bundan başqa azyaşlı uşağa zor göstərdiyi üçün şərti cəzası var. Haqqında 4 məhkəmə cəzası var. Hələ həmən də məktəbdə labarant işləyir.Ancaq bütün bu özbaşınalıqlara və qanunsuzluqlara imza atan Nəsibə Bağırova təhsil sistemindən uzaqlaşdırılmaq əvəzinə hazırda Balakənd kəndindəki 9 illik məktəbdə direktor işləyir. Yenə yeyinti, ayrı-seçkilik və qanunsuzluq kimi əməllərini davam etdirir. 

Bağırova təhsil sektorunun müdiri Pəhləvan Qarayevə arxalanır, Rəşad Musayev isə onlara havadarlıq edir və bütün həqiqətləri bilməsinə rəğmən yenə susur. 

Əhmədabad kənd ümumi məktəbləri isə hələ də bərbad və acınacaqlı vəziyyətdədir. Demək olar ki məktəb istismara yararsızdır.Şikayət məktubunu ünvanlayanlar müəllim Murad Əhmədovun yenidən işə bərpa olunmasını, Nəsibə Bağırova isə barəsində qanunamüvafiq ölçü götürülməsini tələb edirlər. Onu da qeyd edək ki, müəllim Murad Əhmədov Elm və Təhsil naziri Emin Əmrullayevin qəbuluna yazılıb və şikayətini bildirmək niyyətindədir. Ancaq Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev onun nazirlə görüşünə mane olmağa çalışır və hər vasitə ilə Murad müəllimə təzyiq göstərir. Ümid edirik ki, yaxın vaxtlarda ədalət bərpa olunacaq və qanunsuzluq edən direktor barədə lazımi ölçü götürüləcək.


Ətraflı ⬇️ 


https://youtu.be/pZIBo_3ZYHs?featur



Həmçinin oxuyun:
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Sədr müavini - Bir çox gizli, örtülü qapıların açarı hələ ki, Rusiyanın əlindədir...

Sədr müavini - Bir çox gizli, örtülü qapıların açarı hələ ki, Rusiyanın əlindədir...

"Təhsil millətin gələcəyidir" şüarını hədəfinə çevirən siyasətçi

"Təhsil millətin gələcəyidir" şüarını hədəfinə çevirən siyasətçi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Sabirabad rayonunun məktəblərində özbaşınalıq -ƏTRAFLI

Sabirabad rayonunun məktəblərində özbaşınalıq -ƏTRAFLI

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Metodbirləşmələr

Metodbirləşmələr

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət