Tarix və Etnologiya institutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb
AMEA-nın Tarix və Etnologiya institutunda 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
AzTehsil.com xəbər verir ki, bu haqda İnstitutdan məlumat yayılıb. Də masada çıxış edən elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev 31 mart soyqırımının xalqımızın tarixinə faciəli səhifələrdən biri kimi daxil olmasından, həmin qətliamın ağır nəticələrindən danışıb. İlqar Niftəliyev ermənilərin xalqımıza qarşı yürütdüyü döyüşçülük siyasətinin kökü, tarixi haqqında ətraflı məlumat verilərək mənfur qonşularımızın qırğınlarının və qətliamlarının ağır nəticələrini bir daha xatırladıb. O, Bakı Soveti və daşnak erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib.
Daha sonra tədbir iştirakçılarına qarşı həyata keçirilən soyqırımı siyasətinin tarixi kökləri haqqında geniş çıxışlar edib.