AzTehsil.com
RU


Xəbərlər
30 may 2024
405


Hansı hallarda əlavə maaş ala bilərsiniz?




Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünməklə (avans olaraq və qalan hissə) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Qanunvericiliyə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində əlavə ödənc verilməlidir.


Məsələn, müəssisədə yeni əməkhaqqı sisteminin müzakirə edilərək qərar verilməsi prosesi maaşın vaxtında ödənilməməsinə səbəb olub. Əməkhaqqı hər ayın 5-dən gec olmayaraq verilməli olduğu halda, ayın 31-i verilib. İşçinin əməkhaqqı məbləği 734 manatdır. Qeyd edilən səbəb işəgötürənin təqsiri ucbatından gecikdirilmə hesab edilir və buna görə işəgötürən işçiyə hər gecikdirilən gün üçün 1 faiz məbləğində ödənc ödəməlidir.


Bəs ölkəmizdə bu qayda icra olunurmu?


Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu məsələ daha çox işçinin şirkətlə bağladığı kollektiv müqavilələrlə tənzimlənir:


"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsində göstərilir ki, maaşlar 16 gündən bir olmaqla, ayda 2 dəfə verilməlidir. Ancaq tərəflər arasında bağlanan əmək müqaviləsindəki razılaşmaya görə, ayda 1 dəfə də verilə bilər. Bu eyni zamanda şirkətlə bağlanmış kollektiv müqavilələrlə tənzimlənir. Kollektiv müqavilələr həmkarlar ittifaqları ilə şirkət arasında işçilərin hüquqlarının tənzimlənməsi üçün bağlanır. Digər tərəfdən, gecikdirilmiş gün üçün əməkhaqqına əlavə 1 faizlik ödənc isə o halda mümkündür ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi pozulanda işəgötürən işçinin işə çıxdığı zaman ona ödənilməli olan bütün əməkhaqqını ödəməlidir. Əgər ödəmədiyi təqdirdə, işçinin ondan tələb etdiyi müddətcə əməkhaqqını alana qədər almalı olduğu məbləğin 1 faizi həcmində cərimə hesablanması mümkündür".


Hüquqşünas müxtəlif səbəblərdən işçinin işəgötürəndən bu hüququ tələb etmədiyini qeyd edib:


"Bəzən işəgötürən tərəfindən hər ayın 31-də ödəmənin gecikməsi halı baş verir. Bununla bağlı işçi işəgötürəndən ödənişin gecikmə faizini də tələb edə bilər. Onu da qeyd edim ki, belə bir praktika Azərbaycanda yoxdur. Çünki faktiki olaraq, işəgötürən bu məsələdə dominant mövqedən çıxış edir. İşçiyə daha izah etməyə çalışır ki, onun maddi vəziyyəti və ya digər səbəblər ucbatından maaşları ödəyə bilmir. Amma qeyd edim ki, hazırda həqiqətən də maaş gecikmələri mövcuddur və işçilərin maddi baxımdan işəgötürəndən maddi asılılığından dolayı heç bir şəkildə işəgötürənə qarşı təzminat iddiasında ola bilmirlər".




Загрузка...
Həmçinin oxuyun:
Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Müavinətin hesablanması və ödənilməsi qaydası

Müavinətin hesablanması və ödənilməsi qaydası

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

MƏKTƏB RƏHBƏRLƏRİ !   ƏMƏK MƏCƏLLƏSİNDƏN  10 SUAL 10 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ ! ƏMƏK MƏCƏLLƏSİNDƏN 10 SUAL 10 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ ! ƏMƏK MƏCƏLLƏSİNDƏN 10 SUAL 10 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ ! ƏMƏK MƏCƏLLƏSİNDƏN 10 SUAL 10 CAVAB

MÜTLƏQ OXUYUN !!! İşçilərin məzuniyyət hüququ və onun təmin edilməsi qaydaları

MÜTLƏQ OXUYUN !!! İşçilərin məzuniyyət hüququ və onun təmin edilməsi qaydaları

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Vətəndaşların istirahət hüququ

Vətəndaşların istirahət hüququ