AzTehsil.com
RU


Xəbərlər
27 may 2024
525


Emin Əmrullayev: "Yeni sahə meydana gələn kimi onun adına uyğun ixtisas olması heç nəyi həll etmir"




"Azərbaycanın yaşıl enerjiyə keçidinin və COP29-un ölkəmizdə keçirilməsinin önəmli olduğunu düşünürəm. Çünki bu, həm iqtisadi, həm də gündəlik həyatda müəyyən davranış fərqliliyinə gətirir. Düşünürəm ki, bunu təhsil vasitəsilə dəyişə bilərik".


"Yaşıl artım gündəliyində təhsil" mövzusunda keçirilən konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.


O bildirib ki, bu məsələ bir neçə istiqamətdə özünü göstərir:


"Birinci məqam - vətəndaşın məsələyə səriştəli yanaşmasıdır. İkincisi isə, bacarıqlardır ki, bu da təhsil ilə əlaqəlidir. Səriştəsizin yanında duran da bacarıqlardır ki, həm peşə, həm də ali təhsil sistemində özünü büruzə verir. Üçüncü istiqamət isə - daha çox elm və innovasiya ilə əlaqəlidir. Bu məqamda növbəti illərdə biz milli təhsil sistemi olaraq innovasiyalardan kənarda qalmamalıyıq".


Nazir onu da əlavə edib ki, yeni sahə yaranan və aktuallaşan zaman dərhal o ada uyğun ixtisas yaradaraq təhsil sisteminə əlavə etməyə çalışırıq:


"Hesab edirlər ki, təhsil sisteminə yeni ixtisasın əlavə edilməsi ilə problemlər həllini tapacaq. Təbii ki, yeni ixtisaslara hər zaman ehtiyac var. Xüsusilə də tətbiqi sahədə yeni ixtisaslar açılmalıdır. Lakin anlamalıyıq ki, yaşıl iqtisadiyyat və ya bərpa olunan enerji, eləcə də bu kimi mövzuları daha yaxşı təqdim etmək üçün sadəcə fundamental elmlərə düzgün yanaşma lazımdır.


Bunun kökündə dayanan fənlər - kimya, fizika, riyaziyyatdır. Yeni sahə meydana gələn kimi onun adına uyğun yeni ixtisas açılması hər şeyi həll etmir. Məsələnin kökü öyrənilməlidir. Təhsil ictimaiyyəti olaraq yeni ixtisaslara üstünlük verilməlidir. Yeni ixtiralardan, yeni sahələrdən danışırıqsa, onun kökündə dayanan elmləri öyrənmək lazımdır. Bəzi ixtisasları əhatə edəcək fundamental fənlər elmi cəhətdən daha dərindən öyrənilməlidir".




Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

ADA Məktəbinin təqdimatı olub

ADA Məktəbinin təqdimatı olub

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk