Dövlət qulluğu üzrə test imtahanının nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi fevralın 18-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.
Mərkəzdən Oxu.Az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2754 namizəddən 59 nəfər imtahana gəlməyib.
İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 33 nəfər, BA4 altqrupu üzrə 58 nəfər, BB1 altqrupu üzrə 64 nəfər, BB2 altqrupu üzrə 93 nəfər, BB3 altqrupu üzrə 172 nəfər, BB4 altqrupu üzrə 263 nəfər olmaqla, ümumilikdə 698 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur. Namizəd sertifikatı əldə etmək üçün fevralın 20-dən martın 4-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər fevralın 20-si saat 10:00-dan fevralın 22-si saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib
Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub
Dövlət qulluğuna qəbulun test imtahanlarının nəticələri elan olunub
Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI
İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
İnzibati vəzifələr üzrə keçirilən test imtahanının nəticələri elan olunub
Dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir
Dövlət qulluğuna qəbul imtahanının nəticələri AÇIQLANDI
İmtahanın nəticələri - AÇIQLANDI
Dövlət qulluğu vəzifələri üzrə imtahanların nəticələri açıqlanıb
Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olundu
Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini açıqlayıb
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr AÇIQLANDI
Dövlət qulluğuna qəbulun nəticəsi açıqlanıb
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb
Dövlət qulluğuna test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Dövlət qulluğu vəzifələri üzrə keçiriləcək test imtahanına qeydiyyat elan edilib
Bu namizədlər qeydiyyatdan keçə bilərlər...Test imtahanı keçiriləcək
Məmur olmaq istəyənlər üçün imtahan keçiriləcək
Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır