AzTehsil.com
RU


Xəbərlər
02 fevral 2024
408


Deputatdan ETİRAZ: “Tədris ili bitməmiş Dövlət İmtahan Mərkəzi imtahan keçirir” - FOTO




Sabiq təhsil naziri Misir Mərdanov bu günlərdə verdiyi müsahibəsində deyib ki, imtahan vermək arzusunda olan adamların bilik və bacarıqları ilə onlara imtahanda verilən suallar üst-üstə düşmür.


Doğrudan da tez-tez fikirlər səslənir ki, Dövlət İmtahan Mərkəzinin hazırladığı testdəki bəzi sualların cavabı tədris prosesində yoxdur.


Məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov açıqlama verib.



Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Misir müəllim uzun müddət bu sahədə işləyib, bu sahəyə cavabdeh şəxslərdən biri olub:


“Yaxşı olardı ki, Misir müəllim fikirlərini daha aydın şəkildə ifadə edərdi və onun təkliflərindən də müəyyən qədər faydalanmaq olardı. Doğrudan da təhsil sistemimizdə kifayət qədər problem var. Həm təhsil verənlərin, həm də təhsili qiymətləndirənlərin işində müəyyən boşluqlar var. Bu da son nəticədə təhsilimizə ziyan vurur. Bu gün məktəblərdə verilən bilik şagirdlərə kifayət etmir. Ona görə də şagirdlər repetitor yanına gedir. Bununla belə 2 sahədə öyrəndikləri bəzən abituriyentə bəs eləmir. Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar məzunlardan daha çox bilik tələb edir”.

Millət vəkili problemin bununla bitmədiyini söylədi:


“Sistemin özündə problem var. Məsələn, tədris ili bitməmiş biz imtahan keçiririk. Bütün fəsillər mənimsənilməmiş Dövlət İmtahan Mərkəzi imtahan keçirir(?!) Belə həssas məqamlar ümumi təhsil sistemimizdə çoxdur. Mənə elə gəlir ki, ümumi sistemdə bir şəffaflıq yaradılmalıdır. Yalnız bundan sonra hansısa nəticələri obyektiv saya və onun müzakirəsini apara bilərik”.


Ceyhun Məmmədov hesab edir ki, təhsildə zəruri islahatların keçirilməsinə ehtiyac var:


“İslahatlar keçirilməli, uyğunlaşdırma aparılmalıdır. Məsələn, ali məktəblərə qəbulu DİM həyata keçirir. Buna paralel olaraq Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulunu aparır. Mənə elə gəlir ki, bu məsələyə xüsusi diqqət edilməli və vahid qəbul prosesi yaradılmalıdır. Bir sözlə təhsilimizdə kompleks məsələlər çoxdur. Bu kompleks məsələlər də təhsil sistemimizə öz neqativ təsirini göstərir”.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sədr müavinindən Mərdanova cavab: Misir Mərdanov özü də bilməmiş deyil ki, təhsilimizə “canıyanan” obrazı yaradıb.

Sədr müavinindən Mərdanova cavab: Misir Mərdanov özü də bilməmiş deyil ki, təhsilimizə “canıyanan” obrazı yaradıb.

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri