AzTehsil.com


Xəbərlər / Müəllim
07 dekabr 2023
2 519


Sertifikatlaşdırma: İngilis dili müəllimlərinin sayı niyə bu qədər çoxdur? - FOTO




Azərbaycanda 2023-24-cü tədris ili üzrə 31 min müəllimin sertifikatlaşdırma prosesindən keçməsi planlaşdırılır.


Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinq zamanı deyib.


“Riyaziyyat fənni üzrə 11 min 290, Azərbaycan dili üzrə - 1 284, ingilis dili üzrə - 12 min 35, rus dili (Azərbaycan bölməsi) və rus dili və rus ədəbiyyatı (rus bölməsi) üzrə - 5 868, alman dili üzrə - 236, fransız dili üzrə isə 322 müəllimin sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulub”, - deyə nazir qeyd edib.


Statistik göstəricilərdən məlum olur ki, ingilis dili müəllimlərinin sayı Azərbaycan dili müəllimlərindən çoxdur. Hətta riyaziyyat müəllimlərinin sayını da üstələyir. Bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Bəs görəsən, sertifikatlaşdırmada ingilis dili müəllimlərinin sayının bu qədər olmasının səbəbləri nələrdir? Təhsilverənlərin sayındakı bu fərqlər nə ilə əlaqəlidir?


Mövzu ilə bağlı Aztehsil.com-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, ingilis dili ilə yanaşı, digər fənlərin də yaxşı öyrənilməsinə və mənimsənilməsinə ehtiyac var:



“Bu suallar daha çox Elm və Təhsil Nazirliyinə ünvanlanmalıdır. Məsələyə aydınlıq gətirməlidirlər. Səbəbini ortaya çıxarmağa ehtiyac var.


Görünür, ingilis dili ilə bağlı sertifikasiyaya ciddi baxılmasına və araşdırılmasına ehtiyac yaranıb. Ona görə də belə bir qərar qəbul edilib. İngilis dili lazımlı fəndir. Lakin ingilis dili ilə yanaşı, digərlərinin də yaxşı öyrənilməsinə ehtiyac var.

Sertifikasiya mürəkkəb prosesdir. Nazirlik özü müəllimlərlə bağlı daha çox sertifikasiyanın aparılmasına ehtiyacın yarandığını gördü və prosesi başlatdı”.


Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, sertifikasiya nəticələri müəllimlər arasında müsbət rəqabətə yol açacaq:



“Azərbaycan dili müəllimlərinin sayının az olması əvvəlki sertifikasiyada Azərbaycan dili və ibtidai sinif müəllimlərinin sertifikasiyadan keçməsi ilə əlaqəlidir. 2023-cü ildə ağırlıq daha çox Azərbaycan dili və ibtidai sinif müəllimlərinin üzərində idi. Növbəti sertifikasiyanın əsas hissəsi riyaziyyat və ingilis dili oldu.


Uğurlu nəticələr əldə olundu. Sertifikasiya ikimərhələli olur. Birinci - test, ikinci - qabiliyyət. Testdən keçənlər müsahibəyə buraxıldılar. Pedaqoji bacarıqlarını ortaya qoydular. Statistik göstəricilər müəllimlər arasında müsbət mənada rəqabət yaradır. Bu da inkişafa aparacaq. Nəticədə təhsilimiz qazanacaq”.


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkə üzrə cəmi 139 006 fənn müəllimi var:


“Bunlardan ibtidai təhsil verən müəllimlərin sayı 37 009, Azərbaycan dili üzrə - 15 138, ingilis dili - 14 029, riyaziyyat - 13170, tarix - 7 788, fiziki tərbiyə - 7 621, fizika - 5 512, biologiya - 5 485; informatika - 5 366; coğrafiya - 5 309, rus dili - 5 197, texnologiya - 5 063, kimya - 4 059, musiqi və nəğmə - 3 311, təsviri incəsənət - 2 806, digər - 780, fransız dili - 492, alman dili - 344, rəsmxət - 282; gənclərin çağırışaqədərki hazırlığı - 162, gürcü dili - 41, ərəb dili - 28, türk dili - səkkiz, fars dili üzrə yeddidir”.




Загрузка...
Həmçinin oxuyun:
OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar!?

Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar!?

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

Bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək

Bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Yaşlı müəllimlərlə bağlı qanun dəyişdi - YENİLİK

Yaşlı müəllimlərlə bağlı qanun dəyişdi - YENİLİK

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sertifikatlaşdırma prosesi nəyi dəyişəcək?

Sertifikatlaşdırma prosesi nəyi dəyişəcək?

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Azərbaycanda “peşə məktəbləri” universitetləri niyə üstələyir? – “Ali təhsillilərin axın səbəbləri

Azərbaycanda “peşə məktəbləri” universitetləri niyə üstələyir? – “Ali təhsillilərin axın səbəbləri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Parlament müəllimlərlə bağlı dəyişikliklərə “hə” dedi

Parlament müəllimlərlə bağlı dəyişikliklərə “hə” dedi

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib