AzTehsil.com


Xəbərlər
05 dekabr 2023
341


PISA tədqiqatının 2022-ci il üzrə nəticələri AÇIQLANDI - CƏDVƏL




PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb.


“Report” xəbər verir ki, ötən il keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat olub və 81 ölkədən ümumilikdə 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib.


Riyaziyyat üzrə nəticələrə görə ilk beşlikdə Sinqapur, Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya qərarlaşıb.


Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdədir. Beləliklə, ölkəmiz Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyadan daha yuxarı nəticə göstərib.


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) PISA 2022 ilə bağlı dərc etdiyi hesabata əsasən, PISA 2022 tədqiqatı üzrə iştirakçı ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub. Xüsusilə riyaziyyat və oxu sahələri üzrə orta göstəricilərdə son on ilin ən böyük geriləməsi qeydə alınıb. Belə ki, riyaziyyat üzrə ümumilikdə 57 ölkədə, oxu üzrə isə 54 ölkədə geriləmə qeydə alınıb. Hesabata əsasən, geriləmənin əsas səbəbi kimi koronavirus (COVID-19) pandemiyası qeyd edilib. Pandemiya dövründə əksər ölkələrdə məktəblərin uzun müddət qapalı qalması şagirdlərin nəticələrinin aşağı düşməsinə ciddi təsir edib.

Bildirilib ki, PISA-nın 2022-ci il üzrə nəticələrinin araşdırılması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən işlərə başlanılıb. Hər bir istiqamət üzrə təhlillərin aparılması və nəticələrin yaxşılaşdırılması üzrə planın hazırlanması ilə bağlı Təhsil İnstitutuna müvafiq tapşırıq verilib.


Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.


PISA tədqiqatının 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası ilə əlaqədar 2022-ci ildə həyata keçirilib.


PISA 2022 tədqiqatının ölkələr üzrə nəticələri təqdim edirik:


SıraÖlkəMathematicsReadingScience
1Sinqapur575543561
2Makau (Çin)552510543
3Çin Taypeyi547515537
4Honkonq (Çin)540500520
5Yaponiya536516547
6Koreya527515528
7Estoniya510511526
8İsveçrə508483503
9Kanada497507515
10Niderland493459488
11İrlandiya492516504
12Belçika489479491
13Danimarka489489494
14Böyük Britaniya489494500
15Poland489489499
16Avstriya487480491
17Avstraliya487498507
18Çexiya Respublikası487489498
19Sloveniya485469500
20Finlandiya484490511
21Latviya483475494
22İsveç482487494
23Yeni Zenlandiya479501504
24Litva475472484
25Almaniya475480492
26Fransa474474487
27İspaniya473474485
28Macarıstan473473486
29Portuqaliya472477484
30İtaliya471482477
31Viyetnam469462472
32Norveç468477478
33Malta466445466
34Amerika Birləşmiş Ştatları465504499
35Slovakiya464447462
36Xorvatiya463475483
37İslandiya459436447
38İsrail458474465
39Türkiyə453456476
40Bruney Darussalam442429446
41Ukrayna bölgələri (18 of 27)441428450
42Serbiya440440447
43Birləşmiş Ərəb Əmirlikləri431417432
44Yunanıstan430438441
45Rumıniya428428428
46Qazaxıstan425386423
47Monqolustan425378412
48Kipr418381411
49Bolqarıstan417404421
50Moldova414411417
51Qətər414419432
52Çili412448444
53Uruqvay409430435
54Malayziya409388416
55Monteneqro406405403
56Azərbaycan (Bakı)397365380
57Meksika395415410
58Tayland394379409
59Peru391408408
60Gürcüstan390374384
61Səudiyyə Ərəbistanı389383390
62Şimali Makedoniya389359380
63Kosta Rika385415411
64Kolumbiya383409411
65Braziliya379410403
66Argentina378401406
67Yamayka377410403
68Albaniya368358376
69İndoneziya366359383
70Fələstin366349369
71Mərakeş365339365
72Özbəkistan364336355
73İordaniya361342375
74Panama357392388
75Filippin355347356
76Kosovo355342357
77Qvatemala344374373
78Salvador343365373
79Dominik Respublikası339351360
80Paraqvay338373368
81Kamboca336329347



Загрузка...
Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pandemiya reytinqə necə təsir edib?

Pandemiya reytinqə necə təsir edib?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

Azərbaycan ICILS 2023-də iştirak edəcək

Azərbaycan ICILS 2023-də iştirak edəcək

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

İllik  hesabat   AÇIQLANDI

İllik hesabat AÇIQLANDI

Dünyada MÜƏLLİMLƏR  -maraqlı STATİSTİKA .OXUYUN !

Dünyada MÜƏLLİMLƏR -maraqlı STATİSTİKA .OXUYUN !

Dünyada hər il  müəllimə nə qədər təlabat var-?

Dünyada hər il müəllimə nə qədər təlabat var-?

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Azərbaycan şagirdləri 3 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək

Azərbaycan şagirdləri 3 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Milli qiymətləndirmənin nəticələri təhlil olunub

Milli qiymətləndirmənin nəticələri təhlil olunub