AzTehsil.com
RU

Xəbərlər
19 noyabr 2023
708

Diplom və attestatını itirənlər nə etməlidirlər?

Təhsilin bütün pillələri üzrə məzunlar təhsil haqqında dövlət sənədlərini itirən zaman nə etməli olduqları ilə bağlı çaşqınlıq yaşayırlar.

Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrinin, orta ixtisas və peşə təhsili, həmçinin ümumitəhsil və tam orta təhsil müəssisələrinin məzunu olan, diplom və attestatını itirən şəxslər bununla bağlı bir sıra çətinliklər çəkirlər.

Bəs təhsil haqqında sənədi itirən zaman nə etmək lazımdır?

Aztehsil.com təhsilin bütün səviyyələri üzrə diplom və attestatını itirən məzunların hansı addımları atmalı olduqları ilə bağlı məlumatları təqdim edir.

Diplomu itirmiş şəxslərə diplomun və ona əlavənin dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.

Diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil müəssisəsinin rəhbərinə, AMEA olan halda isə müvafiq olaraq AMEA-nın prezidentinə müraciət etməlidir. Əsas (baza ali) tibb təhsili və rezidentura, orta ixtisas təhsili, peşə təhsili müəsissəsinin də diplomlarını, ona əlavəni və sertifikatı itirən şəxslər də ərizə ilə müəssisənin rəhbərlərinə müraciət etməlidirlər.

Ümumilikdə isə qeyd edilən səviyyələr üzər proses eynidir.

Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, diplomun və onun əlavəsinin adı, seriyası və nömrəsi, onu verən ali təhsil müəssisəsinin adı, AMEA və diplomun,əlavənin, sertifikatın verilmə tarixi göstərilir. 

Təhsil müəssisəsi, AMEA həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatını verir.

Təhsil müəssisələrində və AMEA-da diplomun və onun əlavəsinin, sertifikatın dublikatı arxiv sənədləri (əmr, dövlət imtahan komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında verilir.

Dublikat kimi verilən diplomun və onun əlavəsinin sağ səhifəsinin yuxarı küncündə “Dublikat” ştampı vurulur.

İtirilmiş diplomun və onun əlavəsinin əvəzinə arayış verilməsi qadağandır.

Ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Qalan proses onlar üçün də eynidir.

Qeyd edək ki, itirilən təhsil sənədinin və ya onların dublikatlarının hazırlanmasına və verilməsinə görə heç bir ödəniş tələb edilə bilməz.

Загрузка...
Həmçinin oxuyun:
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları