AzTehsil.com


Xəbərlər / Müəllim
01 noyabr 2023
1 317


Uşaqlarda oxuma və öyrənmə çətinliyi: disleksiya




Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi Dürdanə Bağırovanın məqaləsini təqdim edirik.


Uşaqların böyük bir qismi 1-ci sinfə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmağa başlayır və bu bacarıq qısa müddətdə formalaşıb inkişaf edir. Elə valideynlərin övladından gözlədiyi də budur. Amma təəssüf ki, məktəbə yeni başlayan uşaqların təxminən 10%-i üçün bu təbii proses o qədər də asan keçmir. Bəs problem nədir? Gündəlik həyatda övladlarında gördüyü bu problemi valideynlər yaddaş zəifliyi, "tənbəllik" adlandırsa da, bu, elmi dildə disleksiya adlanır.

 

Disleksiya ən çox rastlanan öyrənmə problemlərindən biridir. Zəka ilə heç bir əlaqəsi olmayan, bilavasitə hafizə və dillə bağlı olan disleksiya ən geniş mənada axıcı oxuma və oxuduğunu başa düşməmə ilə özünü biruzə verən öyrənmə çətinliyidir. Disleksiyalı uşaq sahibi olan valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın zehnində inkişafın geriləməsidir. Lakin zəka səviyyəsi yüksək olan uşaqlarda da bu problemə rast gəlmək mümkündür. Böyük alim Albert Eynşteyn, intibah dövrünün böyük memar, heykəltaraş və rəssamı Leanardo da Vinçi, kino ulduzu Tom Kruz, musiqiçi və kino aktyoru Şer, məşhur aşbaz və televiziya aparıcısı Jamie Oliver disleksiyadan əziyyət çəkən məşhurlar sırasındadır.

 

Uşağın disleksiyadan əziyyət çəkdiyini necə bilmək olar?

 

Ümumiyyətlə, bilmək lazımdır ki, erkən diaqnoz həm uşağın inkişafında, həm də gələcəkdə alacağı təhsilin necə istiqamətlənməsində çox önəmlidir.

 

Məktəbəqədər yaş dövründə müşahidə olunan aşağıdakı hallar disleksiyanın əlamətləri ola bilər:

 

Nitqdə geriləmə;

Yeni sözləri öyrənməkdə çətinlik çəkmək;

Danışarkən məzmuna uyğun sözü seçməkdə çətinlik çəkmək;

Hərfləri fərqləndirməkdə çətinlik çəkmək;

Məkan və zaman anlayışlarını qavramaqda yaranan çətinlik.

 

Məktəb dövrünün ilk illərində müşahidə olunan hallar:

Əlifba sırasını öyrənməkdə çətinlik;

Səslərin qarşılığı olan hərflərdə çətinlik;

Hecalamada çətinlik;

Yazılı sözləri səsləndirmədə çətinlik;

Yazı yazarkən çətinlik, yazarkən əlavə hərflər artırmaq və tam əksi, hərfləri əskik yazmaq;

 

Bəzən oxuma və yazmada çətinliyi qismən aradan qaldıra bilən uşaqlarda disleksiyanın fərqinə varmaq çətin olsa da, 5-6-cı sinfə gəldikdə:

 

Səsli oxumada çətinlik, sözlərin sonunu deməmə;

Yavaş, ya da səhv oxuma;

Yazıda çox sayda səhvlər (Cümlənin sonunda nöqtə qoymamaq, cümlə başındakı hərfi böyük yazmamaq və s.) buraxmaq

Sözlərin doğru mənalarını bilməmək;

Simvolları öyrənməkdə çətinlik çəkdiyi üçün riyaziyyat dərsində çətinlik çəkmək və s.

 

Bəs disleksiyanın səbəbləri nə ola bilər?

 

Bu sual ailələri daim narahat edir. Günümüzdə müxtəlif fərziyyələr olsa da, disleksiyanın səbəbləri bilinməməkdədir. Uşağınız disleksiyalıdırsa, niyə belə olduğunu deyil, bundan sonra nələr edə bilərik sualı ətrafında düşünməlisiniz. Öyrənmədə çətinlik çəkən uşaqlara qarşı zor tətbiq etməməli, onlara kömək edərkən əsəblərinizə hakim olmalı və səbrli davranmalısınız. Təcrübə göstərir ki, valideynlərin bu cür uşaqlarla işləməsi heç bir effekt vermir. Bir sözlə, övladınızda disleksiyanın əlamətlərini aşkarladınızsa,a mütəxəssisə müraciət etməniz mütləqdir.




Загрузка...
Həmçinin oxuyun:
Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Disleksiya olan uşaqlar üçün oxuma və yazma strategiyaları

Disleksiya olan uşaqlar üçün oxuma və yazma strategiyaları

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Abituryent və valideyinlər üçün Psixologiya Mərkəzi yaradılıb

Abituryent və valideyinlər üçün Psixologiya Mərkəzi yaradılıb

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Dərsin müasirliyinin psixopedaqoji sirləri

Dərsin müasirliyinin psixopedaqoji sirləri

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri