Xəbərlər
14 oktyabr 2023
294


14 yaşlı məktəblinin öldürülməsinə görə daha iki nəfər həbs edilib


Gürcüstanda 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətlə yetirilməsi ilə əlaqədar daha 2 nəfər həbs edilib.


APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.


Bildirilib ki, DİN-in Kaxeti Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Saqareco bələdiyyəsinin Ləmbəli kəndində Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirli bilinən “əri” Alim Sadiqovun əmisi 1972-ci il təvəllüdlü A.A. və 1997-ci il təvəllüdlü əmisi oğlu B.A. cinayət barədə məlumat verməmək ittihamı ilə həbs ediliblər. Bildirilib ki, Alim Sadiqov 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı qanunsuz evlənmək məqsədilə azadlıqdan qanunsuz məhrum edib (qaçırıb) və onu əmisi A.A.-nın evinə gətirib.


Polis əməkdaşlarının istintaq və prosessual hərəkətlərinin icrası nəticəsində hakim A.A və B.A-nın təqsirləndirilən şəxs qismində həbsinə qərar verib.


Aytac Şahmarovanın təhsil aldığı Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kənd məktəbinin direktoru Hamlet İsmayılov da yerli resurs mərkəzində (təhsil şöbəsi – red.) dindirilib. Yerli KİV-in məlumatına görə, dindirmə zamanı onun halı pisləşib və klinikaya aparılıb.


Bununla belə, o, klinikaya aparılarkən Aytacın qaçırılmasından xəbərsiz olduğunu deyib:


“Oktyabrın 5-də Aytacın anası gəlib mənə dedi ki, qızım 2 gün sonra məktəbə gələcək. O, mənə qızın qaçırıldığını deməyib”, – direktor bildirib.


Aytac Şahmarovanın atası İsa Şahmarov da Rustavi Şəhər Məhkəməsinə çağırılıb. İsa Şahmarov baş verənlərlə bağlı məlumatlı olmadığı üçün zərərçəkmişin varisi kimi tanınılıb. Məlumata görə, qətlə yetirilən azyaşlının valideynləri 7 il əvvəl boşanıblar. İsa Şahmarov bu müddət ərzində Polşa və Rusiyada yaşayıb.


Ailə üzvləri İsa Şahmarovun qızının məcburi ərə verilməsindən xəbərsiz olduğunu bildiriblər. Qeyd olunub ki, qətllə bağlı İsa Şahmarovun qardaşı mediadan xəbər tutub və daha sonra ona zəng edərək xəbər verib. Bundan sonra İsa Şahmarov Gürcüstana gəlib.


Xatırladaq ki, qətl oktyabrın 5-də baş verib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Azərbaycanda Tanınan Gürcüstan Universitetlərinin Siyahısı

Azərbaycanda Tanınan Gürcüstan Universitetlərinin Siyahısı

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Müəmmalı qətlin məhkəməsi: Şahidlər Nərmini İlkinin öldürdüyünə İNANMIRLAR

Müəmmalı qətlin məhkəməsi: Şahidlər Nərmini İlkinin öldürdüyünə İNANMIRLAR

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Tovuzda qətlə yetirilən 10 yaşlı Nərminin həmyaşıdı olan əmisi oğlu məhkəmədə ifadə verib

Tovuzda qətlə yetirilən 10 yaşlı Nərminin həmyaşıdı olan əmisi oğlu məhkəmədə ifadə verib

Qətlə yetirilən Nərmin Quliyevanı son görən şəxslərdən biri məhkəmədə dindirildi

Qətlə yetirilən Nərmin Quliyevanı son görən şəxslərdən biri məhkəmədə dindirildi

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycanda saxta diplom hazırlayan  şəxslər SAXLANILDI-Bu universitetdə

Azərbaycanda saxta diplom hazırlayan şəxslər SAXLANILDI-Bu universitetdə

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"

"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Şamaxıda direktor müavinindən dəhşətli cinayət - 15 yaşlı şagirdini...

Şamaxıda direktor müavinindən dəhşətli cinayət - 15 yaşlı şagirdini...

Nərminin qətlində şübhəli bilinən şəxsin HƏBSİ UZADILDI

Nərminin qətlində şübhəli bilinən şəxsin HƏBSİ UZADILDI

“Toyda siyahı yazmaq İlkinə tapşırılmışdı, gecə 1-də...” - Nərmin işində qalmaqallı ifadə

“Toyda siyahı yazmaq İlkinə tapşırılmışdı, gecə 1-də...” - Nərmin işində qalmaqallı ifadə