AzTehsil.com


Xəbərlər / Saglam həyat
25 sentyabr 2023
844


Payız və qışda qrip qorxusu - Yoluxmamaq üçün bu QAYDALARA BAXIN




Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Qrip simptomları virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Həkimlərin qənaətinə görə, qrip 3-5 gün ərzində inkubasiya dövrü keçirir. Əgər xəstəlik kəskinləşməyibsə bu müddət ərzində xəstə sağala bilər.


Bəs qripə yoluxmamaq üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?


Həkimlər ilk növbədə qabaqlayıcı peyvəndlərdən istifadə etməyi məsləhət görürlər, məsələn qammaqlobilin, lakin onu da bilmək lazımdır ki, qripin müxtəlif növləri olduğundan bu peyvəndlər də müxtəlif olur. Odur ki, peyvəndlərdən yalnız həkim məsləhəti ilə istifadə etmək lazımdır.Əksər hallarda qripə tutulmuş xəstələrin böyük bir qismi evdə müalicə olunur. Belə xəstələr mütləq spirtli içkidən və siqaretdən imtina etməli və çoxlu istirahət etməlidirlər.


Yataq rejimi


Hərarət yüksək olduqda xəstə mütləq yataq rejiminə əməl etməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha isə adi rejimə keçmək olar.


Bol maye qəbulu


Şirə, çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 l-dən az olmayaraq maye qəbul etməlidir.Buraya soyuqdəymə əleyhinə təsiri güclü olan zoğal, moruq, qarağat və s. kimi mürəbbələrlə çay, limonlu su və ya çay, təbii meyvə şirələri daxildir.Onu da qeyd edək ki, çayla qəbul etdiyimiz mürəbbələr bişirilən zaman istinin təsirindən tərkibindəki lazımi vitaminləri itirdiyi üçün orqanizmi vitaminlə təmin etmək üçün deyil, hərarəti aşağı salan vasitə kimi qəbul olunur. Mümkün qədər çox qatıq yemək də əlverişlidir.


Qida


Xəstənin iştahası kəskin azalmış olur. Heç bir halda xəstə insanı zorla yedizdirməyin! Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan, süddən, şirniyyat məhsullarından, qozdan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə xəstəyə təzə toyuq bulyonu verin. Toyuğun dərisində çoxlu miqdarda "sistein" maddəsi vardır ki, o bəlhəmçıxaran təsirə malikdir. Bol qatıq yemək də məsləhət görülür.


Simptomatik müalicə


Bu müalicə xəstəliyi törədən viruslara təsir etməsə də, xəstənin vəziyyətini xeyli yüngünləşdirir. Qrip və soyuqdəymənin simptomları müxtəlif olduğuna görə xəstələr bir neçə dərman preparatlarından istifadə etməyə məcbur olurlar - hərarət salan prepartlar, öskürək, boğaz ağrısı, zökəm əleyhinə dərmanlar və s.


Hərarət salan dərmanlar


Bu qrup dərmanlar xəstənin vəziyyətini yaxşılaşdırır. Xüsusən bu uşaqlar, xroniki ürək və ağciyər xəstəlikləri olan və yaşlı insanlar üçün vacibdir. Hərarəti tam normaya salmağa cəhd etməyin, onun 1-1,5 C düşməsi xəstənin vəziyyətini xeyli yüngülləşdirir.

Hərarət salan dərmanların arasında - parasetamolu, ibuprofeni, aspirini, analgini qeyd etmək olar. Diqqət! Parasetamol tərkibli preparatlar heç bir halda alkoqol içkilərlə eyni zaman qəbul etmək olmaz!


Aspirin yalnız böyüklərdə istifadə oluna bilər. Onun uşaqlarda qrip və soyuqdəymə zamanı istifadə edilməsi çox ağır xəstəlik olan Rey sindromunun (qaraciyər və sinir sisteminin zədələnməsi) inkişaf etməsinə səbəb ola bilər.


Analgin yalnız digər hərarət salan preparatların istifadəsi nəticə vermədiyi halda əzələdaxili inyeksiya şəklində istifadə oluna bilər.

Hərarət salan dərmanlar yalnız hərarət 38,5 C yuxarı qalxdıqda qəbul etmək lazımdır. Əgər xəstə körpə uşaq, yaşlı və ya xroniki ürək, sinir, endokrin və ağciyər xəstəliyi olan insandırsa, hərarəti 38 C çatdıqda salmaq lazımdır.


Yüksək hərarət zamanı xardal kağızlardan, tibbi bankalardan və s. qan dövranı sürətləndirən vasitələrdən istifadə etmək olmaz! Hərarəti olan insanı isti bürüməyin! Bu hərarətin daha da qalxmasına gətirib çıxarır.


Boğaz ağrısı


Boğaz ağrısı zamanı mürəbbəli və ya ballı çay, soda qatılmış isti süd istifadə etmək olar. Boğazı kalendula, çobanyastığı, sürvə dəmləmələri ilə, duzlu (1/2 su + duz bıcağın ucunda) soda qatılmış su ilə qarqara edin. Apteklərdə boğaz ağrısı üçün çoxlu sayda spreylər, sorulma dərmanlar və s. satılır.


Zökəmin müalicəsi


Xəstələrin əksəriyyəti onların fikirincə tam "təhlükəsiz" olan damardaraldan damcılardan istifadəyə üstünlük verirlər. Lakin bu damcılar heç də tam təhlükəsiz deyillər. Təbii vasitələrindən burunu təmizləmək üçün duzlu sudan (1/2 stəkan su + bıcağın ucunda duz) və ya apteklərdə satılan tərkibində dəniz suyu olan damcılardan istifadə etmək lazımdır.


Öskürəyin müalicəsi


Soyuqdəymə zamanı öskürəyin müalicəsi üçün bal və limon əlavə olunmuş çaydan, soda əlavə olunmuş süddən istifadə etmək çox yaxşı nəticə verir.


Soyuqdəymə, qrip və antibiotiklər


Soyuqdəymə və qrip xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə etmirlər. Məsələ ondadır ki, bu xəstəlikləri viruslar törədir. Antibiotiklər isə viruslara yox, yalnız bakteriyalara təsir edir. Bəzən soyuqdəymə və qrip zamanı ağırlaşmalar (ağ ciyərin, orta qulağın və s. iltihabı) inkişaf edir. Bu zaman antibiotiklər təyin olunur.


Virus əleyhinə preparatlar


Bu preparatlar həkim tərəfindən təyin olunur. Bu preparatların xəstəliyin ilk 24-36 saat ərzində istifadəsi yaxşı effekt verir - xəstəliyin müddəti və xəstəliyin fəsadlaşması riski azalır. Bundan əlavə virus əleyhinə praparatları sağlam ailə üzvləri ekstremal profilaktik tədbir kimi istifadə edə bilərlər.


Xəstəliyə yoluxmamaq üçün geyimin də böyük rolu var. Çalışmaq lazımdır ki, geyim sintetik deyil, təbii materiallardan hazırlanmış olsun.


Qrip çoxları üçün adi xəstəlik hesab olunsa da, vaxtında qarşısı alınmasa orqanizmdə fəsadlar yaradaraq meningit, astma, bronxit, qaymorit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə, belə orqanizmdən tam sovrulmur.




Загрузка...
Həmçinin oxuyun:
Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Boğaz ağrısına faydalı olan bitki çayları

Boğaz ağrısına faydalı olan bitki çayları

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Koronavirusa yoluxmuş orqanizm 6 aya özünə gəlir - Nə etməli?

Koronavirusa yoluxmuş orqanizm 6 aya özünə gəlir - Nə etməli?

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Vaksindən sonra baş, əzələ ağrıları, qızdırma ... - Ramin Bayramlıdan AÇIQLAMA

Vaksindən sonra baş, əzələ ağrıları, qızdırma ... - Ramin Bayramlıdan AÇIQLAMA

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Koronavirus qripdən necə fərqlənir?

Koronavirus qripdən necə fərqlənir?

Bu, təlaş deyil, həqiqətdir... - MÜTƏXƏSSİS RƏYLƏRİ

Bu, təlaş deyil, həqiqətdir... - MÜTƏXƏSSİS RƏYLƏRİ